2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

APA TV-də kütləvi ixtisar, direktor da dəyişdi

İnternet televiziyasında verilişlərin bağlanması ilə bağlı 24saat.org-un bir ay əvvəl yazdığı xəbər təsdiqləndi

Azərbaycanın böyük media holdinglərindən sayılan “APA Holding”ə aid olan APA TV (internet televiziyası) işçilərinin əksəriyyətini ixtisar edib. 

24saat.org-a daxil olan məlumata görə, canlı verilişlərin heyəti ilə müqavilələrə xitam verilib. Məlumatda qeyd edilir ki, ümumilikdə 24 nəfər əməkdaş ixtisar edilib. Yalnız iki müxbir, iki operator və montajçı  saxlanılıb ki, onlar da yalnız videoxəbərləri hazırlanması ilə məşğul olacaqlar. 

APA TV əməkdaşlarından olan Mürsəl Göymayski işdən ayrılması ilə bağlı Facebook-da paylaşım edib və APA-da çalışan 58 nəfəri “tag” edib.

Saytların yığılması Saytlarin yigilmasi

 

Həmçinin bu gün “APA Holding” MMC Direktorlar Şurasının iclası keçirilib. İclasda APA TV-nin direktoru Vüqar Hüseynovun öz ərizəsi ilə işdən ayrıldığı, bu səbəbdən onun APA TV-nin direktoru vəzifəsindən azad edilməsi və Direktorlar Şurasının üzvlüyündən çıxarılması məsələsinə baxılldığı bildirilib. 

Müzakirələrdən sonra Vüqar Hüseynovun APA TV-nin direktoru vəzifəsindən azad olunması və Direktorlar Şurasının üzvlüyündən çıxarılması təsdiqlənib.

 APA TV-nin direktoru vəzifəsinə Cavid İsmayılın namizədliyinin irəli sürülüb və təsdiqlənib. . 

Qeyd edək ki, APA TV-də ixtisarlar gözlənildiyi barədə 24saat.org saytı olaraq hələ bir ay əvvəl xəbər yaymışdıq

24saat.org –a daxil olan məlumatda bildirilirdi ki, Bakı Gömrük İdarəsində baş verən son islahatlardan sonra bəzi media şirkətləri maliyyə problemi ilə üz-üzə qalıb.

Sözügedən holdinq Dövlət Gömrük Komitəsindən aylıq dotasiyanı ala bilmədiyindən işçiləri ixtisar etmək məcburiyyətində qalıb. Amma, vəziyyət düzəlməyib, holdinq fəaliyyətini normallaşdıra bilməyib.

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı da məsələyə münasibət bildimiş və xəbəri təsdiqləmişdi. O qeyd etmişdi ki, APA TV-nin fəaliyyətini dayandırmasından söhbət getməsə də, iyun ayının sonundan etibarən televiziyada verilişlərin yayımı dayandırılacaq. 

“APA TV tam internet televiziya üslubunda fəaliyyətini davam etdirəcək və əsas prioriteti xəbərlərin hazırlanması olacaq. Televiziyanın xəbər xidməti daha da genişləndirilir və yeni konseptə keçirilir” – deyə, V.Mahirqızı bildirib.

Vüsal

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button