2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Aparıcının çıxışı ilə bağlı ekspertiza təyin edilib

Yayımlandı: 6 İyul 2022 18:55

“Mənimlə qatı cinayətkar kimi davranırdılar”

Yasamal Rayon Məhkəməsində “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun həbsi tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Rauf Daşdəmirovun sədrliyilə keçirilən məhkəmə iclasına prosesi izləməyə gələn ictimai-siyasi fəalların, jurnalistlərin əksəriyyəti buraxılmayıb. Üç saatdan çox davam edən məhkəmə prosesinin yekununda Abid Qafarovun məhkəmə qalmaqalına səbəb olan çıxışıyla bağlı ekspertiza keçirilməsinə qərar verilib. Ekspertiza nəticəsində müəyyənləşməlidir ki, həmin çıxışda təhqir var, yoxsa yox.

Çünki Abid Qafarova qarşı iddia qaldıran 7 nəfər müharibə veteranı ərizəsində göstərib ki, təşkilat rəhbəri qaziləri təhqir edib, onları “müti” adlandırıb. İddiaçıların sayı əvvəl 7 nəfər olsa da, sonradan onlardan dördü şikayəti geri götürüb.

Abid Qafarov isə bu iddianı əsassız sayır. O bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib.

O hesab edir ki, Tərtər hadisələrinin işıqlandırılmasında aktiv iştirakına görə onu cəzalandırmaq üçün müharibə veteranlarından vasitə kimi istifadə olunur. Onun fikrincə, bunu edənlər isə Tərtər cinayətlərində əli olan məmurlardır.

“Bu iddia o qədər absurddur ki, məhkəmə heç icraata götürməməliydi. İcraata götürəndə artıq bəlli oldu ki, sifariş verilib və icra olunur”, – Abid Qafarov bildirib.

İyulun 6-da məhkəmə iclasında Abid Qafarovun vəkili Elçin Sadıqov hakim Rauf Daşdəmirovdan iş materialları ilə tanış olmaq üçün bir həftə vaxt istəyib. Lakin ona hakim cəmi 15 dəqiqə vaxt verib. Vəkil buna etiraz edib.

Bu zaman durumunun pisləşdiyini deyən Abid Qafarovun sözlərinə görə, onu məhkəmə zalından çıxmağa qoymayıblar:

“Mənimlə qatı cinayətkar kimi davranırdılar. Hakim göstəriş verdi, icra məmurları mənim qarşımı kəsdilər. Bu, çox qanunsuz bir davranış idi. Faktiki mənim hərəkət azadlığımı məhdudlaşdırdılar”.

Hakim Abid Qafarova dövlət hesabına başqa bir vəkil təyin edərək, onun iştirakıyla prosesi davam etdirib.

Sonda qərar verilib ki, linqvistik ekspertiza təyin edilsin. Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxta qədər (ekspertizanın rəyi alınanadək) təxirə salınıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button