Loading...
Loading...
Xəbərlər

Apellyasiya Məhkəməsi Əli Əliyevi həbsdə saxladı

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksioneri Ramiz Göyüşovun iddiası ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barədə hökmdən şikayətə baxıb.

Əliyev özü hələ ötən iclasda prosesdə iştirakdan imtina edib, ədalət mühakiməsinə inanmadığını bildirib.

Bugün, avqustun 16-da iclas zamanı müdafiə tərəfi Əli Əliyevin həbsinin qanunsuz olduğunu bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Vəkillər qeyd ediblər ki, məhkəmə çəkişməsinə səbəb olan müsahibədə Əli Əliyev təhqirə yol verməyib.

Məhkəmə onun haqqında hökmü dəyişməyib.

Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay azadlıqdan məhrum edilib.

Əli Əliyev hökmü “siyasi sifariş” sayır

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun də Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara səbəb Əli Əliyevin mətbuatda 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 helikopteriinin qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması barədə açıqlaması olub.

Ötən ilin noyabrında rəsmən Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində bu qurumun 14 zabitinin həlak olduğu, ikisinin isə sağ qaldığı açıqlanıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “siyasi sifariş” adlandırıb.

Rəsmilər isə Azərbaycanda sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Göyüşovun videosu yayılandan sonra

Qeyd edilən hökmlərin ardınca iyunun 23-də Yasamal Rayon Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini də təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb.

2021-ci ilin sentyabrında Əli Əliyev internet televiziyalarının birinə verdiyi videomüsahibədə onun haqında da bəzi ifadələr işlətdiyindən Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında İnternetdə Göyüşov barədə yayılan kadrlar səbəb olub.

2021-ci ilin sentyabrında Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb.

Göyüşov iddia edir ki, onunla bağlı video sosial şəbəkələrdə yayılandan sonra VİP sədri də internet televiziyalarından birində onu təhqir edib. Əliyev isə bununla razılaşmır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Pakistanda yol qəzasında azı 20 nəfər ölüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button