Loading...
Loading...
CəmiyyətSiyasətXəbərlər

Apellyasiya Məhkəməsi Qarabağ döyüşçüsünü azadlığa buraxdı

Gəncə hadisələrindən yazdığına görə həbs olunan Rza Səfərsoyun cəzası azaldılıb və həbs müddəti başa çatıb

Gəncə şəhər İcra Hakimiyyətinin Elmar Vəliyev güllələndikdən sonra “Facebook” hesabında hadisəyə münasibət bildirərək, “Özünü öldürmə, məmuru öldür” və başqa buna bənzər statuslar yazdığına görə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunan Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Rza Səfərsoy azadlığa buraxılıb.

O, “Facebook”dakı statuslarına görə Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələrilə təqsirli bilinmişdi.

R.Səfərsoy Səbail Rayon Məhkəməsinin 7 noyabr 2018-ci il tarixli hökmü ilə 2 il azadlıqdan məhrum edilmişdi. O, hökmdən apelyasiya şikayəti verərək, bəraət istəmişdi.

Fevralın 11-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə onun şikayətinə baxılıb. Şikayət qismən təmin olunub, R.Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. Bu gün cəza müddəti tamam olduğuna görə R.Səfərsoy məhkəmə zalından azadlığa buraxılıb.

R.Səfərsoy ittihamları qəbul etmir. O bildirib ki, Elmar Vəliyevin özbaşınalıqlarına, insanlarla davranışına görə ona qarşı nifrət yaranıb. Dediyinə görə, “məmurlara ölüm” ifadəsini məcazi mənada işlədib. Demək istəyib ki, haqqı pozulan vətəndaşlar məmurlara qarşı hüquq çərçivəsində mübarizə aparıb, onları mənəvi baxımdan öldürməlidir.

R.Səfərsoy ikinci qrup əlildir. O, ürəyindəki qüsurlara görə zabiti olduğu Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Gözdən qaçırmayın:  Ukraynaya Avropa İttifaqına üzv qəbul edilmədi, amma namizəd oldu
Back to top button