2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Apellyasiya Məhkəməsi Əli Kərimli barədə qərar verdi

AXCP sədrinin 2500 manat cərimələnməsi barədə qərar qüvvədə saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində olan məhkəmə qərarında verilən apellyasiya şikayətinə baxılıb.

24saat.org xəbər verir ki. hakim Qədim Babayevin sədrlik etdiyi kollegiya şikayəti təmin edilməməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü arasında qarşıdurma yaranıb. Nəticədə, AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli də daxil olmaqla 52 nəfər ilə polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Səbail rayon məhkəməsində AXCP sədri Əli Kərimli və digər partiya mənsublarına qarşı İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə  saxlanılan cəbhəşilərə 400-500 manat cərimə, Əli Kərimliyə isə 2500 manat cərimə cəzası verilib

1. Əli Kərimli- AXCP sədri, İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri –

2. Ramid Nağıyev- 513.2 AXCP təşkilat şöbəsi

3. Ruslan Əmirov-513.2 Əli Kərimlinin könüllü mühafizəçisi

4. Tahir Həsənov- 513.2 Suraxanı şöbəsi, Babək və Bəhruz Həsənovun qardaşı

5. Cavid İbrahimli- 513.2 Xətai şöbəsi

6. Sərdar Qubadsoy-513.2 Xətai şöbəsi

7. Ağababa Cəfərli-513.2 Masallı şöbəsi

8.Əlixan Rəcəbov- 513.2 Masallı şöbəsi, 2-ci qrup əlil

9.Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi

10.Fatimə Mövlamova- 513.2 bloger

11. Nurlan Libre-513.2 Kanal13 internet televeziyasının əməkdaşı

Bundan başqa, saxlanılan 3 cəbhəçi – Ağababa Cəfərli, Ruslan Əmirov, Cavid İbrahimova isə 20 sutka inzibati cəzası veribli.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button