2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Apellyasiya Məhkəməsi İlham Hüseyn və Rüstəm İsmayılbəylini həbsdə saxlayıb

Bakı/11.12.21 Dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsi iki müxalifətçi fəalın-İlham Hüseyn və Rüstəm İsmayılbəylinin inzibati həbsindən şikayətlərə baxıb.

Dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü İlham Hüseynov və gənc fəal Rüstəm İsmayılbəyli uzun müddət həbsdə  aclıq edən Saleh Rüstəmlinin müdafiəsinə yönəlmiş aksiya ilə əlaqədar saxlanılıblar. Dekabrın 2-də Səbayel Rayon Məhkəməsi onların hər birini sosial məsafəni pozmaqda ittiham edərək 30 gün inzibati həbs cəzasına məhkum edib.

Apellyasiya Məhkəməsi hər iki fəalın şikayətini təmin etməyib, onları həbsdə saxlayıb. Bu barədə “Müdafiə xətti” qeyri-hökumət təşkilatının məlumatında deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Təşkilat hər iki fəalın təqib edilməsinin qanunsuz olduğunu  qeyd edir və xatırladır ki, dekabrın 1-də 50 nəfər saxlanılıb, onlardan bəzisi işgəncəyə məruz qalıb.

Hər iki fəalın müdafiə tərəfi perspektivdə onların hüquqlarının pozulmasının tanınmasına nail olmaq məqsədilə Avropa məhkəməsinə müraciət edəcək.

“Müdafiə xətti” diqqəti ona yönəldir ki, İsmayılbəylinin 30 sutka həbsi onu ali məktəbi bitirmək imkanından məhrum edir, çünki dekabr təhsilin sonuncu  ayıdır və o, dərs buraxarsa, imtahanlara buraxılmayacaq və diplom almayacaq.

Aksiya ilə əlaqədar dekabrın 1-də daha 3 nəfər inzibati qaydada həbs edilib. 06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button