2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxladı

İyunun 9-da Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun həbs olunması haqda Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Bu barədə “Azadlıq.info”ya jurnalistin vəkili Cavad Cavadov məlumat verib.Vəkil bildirib ki, şikayətə Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmədə Əziz Orucov özü də iştirak edib.

Hakimlər apellyasiya şikayətini təmin etməyib.

Vəkili Əziz Orucov haqqında ilkin istintaq dövrü üçün 4 ay həbs-qətimkan tədbiri seçilməsinə dair qərardan Avropa Məhkəməsinə şikayət edəcək.

Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Jurnalistin həbsindən sonra “Kanal 13″ün ofisində və Əziz Orucovun evində axtarış aparılıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button