2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Apellyasiya Məhkəməsi Rüstəm İsmayılbəylini azad edib

Bakı/15.12.21 Bu gün Bakı Apellyasiya Məhkəməsi gənc fəal Rüstəm İsmayılbəylinin şikayətinə yenidən baxdıqdan sonra inzibati cəzanın müddətini yarıya endirib və onu həbsdən azad edib.

Bu barədə fəalın yaxınları məlumat veriblər.

İsmayılbəyli dekabrın 1-də Fəvvarələr Meydanında Saleh Rüstəmlini müdafiə aksiyası dağıdılandan bir saat sonra saxlanılıb. Ertəsi gün məhkəmə onu karantin rejimini pozmaqda ittiham edərək 30 gün müddətinə həbs edib.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin hüquq müdafiəçilərinin fikrincə, həbsin əsl səbəbi gəncin fəal vətəndaş mövqeyidir.

Vəkilin verdiyi ilk apellyasiya şikayəti təmin edilməmişdi.

Bu gün Apellyasiya Məhkəməsi fəalın şəxsi şikayətinə baxıb və onun cəzasını çəkdiyi müddətə qədər yüngülləşdirib. – 06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button