2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Apellyasiya Məmməd İbrahimlə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim haqqında həbs qərarından verilmiş şikayətə baxılıb.

24saat.org xəbər verir ki, hakim Qədim Babayevin sədrlik ediyi kollegiya şikayəti təmin eməyib və M.İbrahim haqqında yeni cinayət işinin istintaqı dövrü üçün Yasamal rayon məhkəməsində seçilmiş iki aylıq həbs-qətimkan tədbiri qüvvədə saxlanılıb.

M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub. O, Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında saxlanılıb. M.Quliyev M.İbrahimin ona fiziki güc tətbiq etdiyini iddia edib. M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonra M.İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Sentyabrın 29-da 3 illik cəza müddəti başa çatan AXCP Rəyasət Heyətinin üzvü M.İbrahimin azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb. M.İbrahimə Cinayət Məcəlləsinin 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi onun barəsində istintaq müddətində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahim həm əvvəlki, həm də yeni iihamı saxta hesab ediyini və siyasi fəaliyyətinə görə həbs edildiyini bəyan edib.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button