2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim edilib

    Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qulaqlıqlarının render fotolarını təqdim edib. Verilmiş yeni məlumatlara əsasən xarici görünüşcə AirPods Pro 2 qulaqlıqları ilk AirPods Pro qulaqlıqlarından heç də fərqlənməyəcəklər. Lakin bununla belə yeni qulaqlıqların funksionallıqları daha geniş olacaq. Təqdim edilmiş render fotolara əsasən demək olar ki, ilk AirPods Pro ilə müqayisədə AirPods Pro 2-də vizual dəyişiklik məhz şarj keysini əhatə edəcək. Məsələn şarj keysi öz səsgücləndiricisinə sahib olacaq. Onun vasitəsilə xüsusi tətbiq üzərindən itmiş keysi tapmaq mümkün olacaq. Bununla yanaşı şarj keysi Lightning girişi əvəzinə USB Type-C girişi ilə təchiz olunmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

    Daha bir vizual yenilik isə ondan ibarət olacaq ki, şarj keysində kəmər üçün bərkidilmə girişi reallaşdırılacaq. İstifadəçi öz istəyinə uyun olaraq şarj keysinə kəmər bərkidə və beləliklə onu daha rahat şəkildə daşıya bilər. Məlumatda qeyd edilib ki, AirPods Pro 2 modeli H1 prosessoru ilə təchiz olunacaq. Sözügedən prosessor qulaqlıqların performanslarını yüksəltməli və onların enerji sərfiyyatlarını aşağı salmalıdır. AirPods Pro 2-də ətraf səs-küyün adaptiv boğulması funksiyasının və ürək döyüntülərinin ölçülməsi texnologiyasının reallaşdırılacağı məlumatda qeyd edilib. Heç istisna deyil ki, AirPods Pro 2 həmçinin bədən temperaturunun ölçülməsi funksiyasını da əldə etsin. Bu barədə məlumat daha öncə də ortaya çıxmışdı. Bəzi insayderlərin sözlərinə əsasən AirPods Pro 2 bu ilin sonuna kimi təqdim olunacaq.

24 saat” “Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button