2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple növbəti təqdimat tədbirini elan edib: Şirkət hansı məhsulları təqdim edəcək?

    Daha öncə dəfələrlə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti bu ay yeni məhsullarını təqdim edəcək. İndi isə bu məlumat rəsmi şəkildə təsdiqlənib. Belə ki, Apple online formatda keçiriləcək yeni təqdimat tədbirini elan edib. Növbəti təqdimat tədbiri 8 mart tarixində baş tutacaq. Bu dəfəki təqdimat tədbirinin sloqanı “Peek performance”dır. Apple şirkətinin 8 mart tarixində nə təqdim edəcəyi məsələsinə gəldikdə isə gözləntilərə əsasən şirkət 5G dəstəkli yeni iPhone SE modelini, iPad Air planşetini və bir neçə kompüterini təqdim edəcək. Təqdim ediləcək kompüterlər arasında M2 prosessoruna sahib olacaq yeni MacBook Pro da ola bilər. Tədbir çərçivəsində yeni Mac modelinin təqdim olunacağı da istisna deyil. Lakin hamı tərəfindən ən çox gözlənilən yeni məhsul məhz yeni iPhone SE modelidir. Daha öncəki məlumat sızıntılarına əsasən 5G dəstəkli yeni iPhone SE modeli xarici görünüşcə iPhone SE (2020) modelinə bənzəyəccək. Lakin bununla belə smartfon Apple A15 Bionic prosessoru ilə təchiz olunmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “Apple növbəti təqdimat tədbirini elan edib: Şirkət hansı məhsulları təqdim edəcək?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button