Loading...
Loading...
Texnologiya

Apple öz məhsullarının Rusiyada satışlarını dayandırıb və servislərini məhdudlaşdırıb

    Apple rəsmi şəkildə öz məhsullarının Rusiyada satışlarını dayandırdığını və servislərinin məhdudlaşdırdığını elan edib. Bundan əlavə olaraq Rusiyada Apple Pay ödəniş sistemi də məhdudlaşdırılıb. “Biz, Rusiyada məhsullarımızın bütün satışlarını dayandırmışıq. Keçən həftə biz Rusiyadakı satış kanallarımıza olan eksportu dayandırdıq. Apple Pay və digər servislər isə məhdudlaşdırılıb” – deyə Apple qeyd edib. Şirkətin saytı Rusiyada hələ də aktivdir. Lakin sayt üzərindən hər hansısa məhsulu almaq istəyən zaman mağazanın fəaliyyətinin dayandırıldığı barəsində məlumat ortaya çıxır. Bəzi dəyişikliklər həmçinin mobil cihazlardakı App Store platformasını da əhatə edir. Belə ki, bəzi regional tətbiqlər App Store-dan siliniblər.

    Apple məhsullarının satışları ilə məşğul olan rəsmi reseller re:Store da Apple cihazlarının alınmasının qeyri-mümkün olduğunu qeyd edib. Digər bəzi online mağazalarda Apple məhsullarını almaq olar. Lakin son 1 həftə ərzində Rusiyada ümumiyyətlə elektronika cihazlarının qiymətləri kəskin şəkildə yüksəlib. Apple Music servisi hələ ki, məhdudlaşdırılmayıb və o, standart olaraq Rusiya ərazisində çalışmağa davam edir. Apple Pay servisinə gəldikdə isə Apple şirkəti hansı məhdudiyyətləri reallaşdırdığı barəsində məlumat verməyib. Çox güman ki, söhbət, sanksiyalar siyahısına düşmüş bankların kartları vasitəsilə ödənişlərin qeyri-mümkün olmalarından gedir. Bundan əlavə olaraq Tim Cook-un şirkət əməkdaşlarına göndərmiş olduğu məktubda qeyd edilib ki, qaçqınlar üçün humanitar yardımın göstərilməsi üçün Apple şirkəti ianələr edir. 

Gözdən qaçırmayın:  Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button