2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çıxa bilər

    Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəsində yeni optimistik proqnozlar verib. Onun sözlərinə əsasən Apple şirkəti öz qarışıq reallq cihazını çox güman ki, 2023-cü ilin yanvar ayında satışa çıxardacaq. Ming-Chi Kuo ilk dəfə deyil ki, Apple şirkətinin AR/VR cihazının güman olunan satış tarixi barəsində məlumatlar verir. Lakin indiyənə kimi onun bu məsələdə proqnozları daha geniş çərçivələrə sahib idilər. Keçən il analitik bildirmişdi ki, qarışıq reallıq cihazı bu il satışa çıxacaq. Bu ayın əvvəlində isə o qeyd etmişdi ki, Apple böyük ehtimalla qarışıq reallıq cihazının satışlarını 2023-cü ilin ikinci rübünə kimi təxirə salıb. Təbii ki, sözügedən cihazın dəqiq şəkildə 2023-cü ilin yanvar ayında satışa çıxacağına dair heç bir zəmanət yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

    Belə ki, Apple şirkətinin planları dəyişə və ya analitikin istehsalat prosesində olan mənbələrin verdikləri məlumatlar səhv ola bilərlər. Lakin onun satışlara konkret olaraq nə zaman start veriləcəyi barəsində təqdim etmiş olduğu məlumat analitikin öz proqnozuna çox güvəndiyini göstərir. Analitikin optimistik proqnozu Apple şirkətinin AR və VR sahələrdəki aktivliklərinin artması ilə üst-üstə düşür. Məlumata əsasən şirkətin direktorlar şurası qarışıq reallıq cihazının prototipini may ayının əvvəlində test edib. Bundan əlavə olaraq bir neçə müddət bundan öncə şirkətin RealityOS adlı əməliyyat sistemini qeydiyyatdan keçirtdiyi barəsində məlumat ortaya çıxmışdı. Həmçinin Apple şirkətinin CEO-su Tim Cook da yaxın zamanda artırılmış reallıq texnologiyalarını əhatə edəcək anonsların olacaqlarına işarə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button