2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple şirkəti RealityOS adlı yeni əməliyyat sistemi üzərində çalışır

    Hələ 2017-ci ildə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti RealityOS (rOS) adlı yeni əməliyyat sistemi üzərində çalışır. İndi isə sözügedən əməliyyat sistemi barəsində yeni məlumatlar ortaya çıxıb. Verilmiş məlumata əsasən hazırlanan RealityOS əməliyyat sistem Apple şirkətinin qarışıq reallıq cihazı (AR + VR) üçün nəzərdə tutulub. Bir neçə müddət bundan öncə RealityOS-in adı 9TO5Mac saytının tərtibatçıları tərəfindən App Store mağazasının yükləmələr tarixçəsində aşkar etmişdilər. Tərtibatçılar güman etdilər ki, bu tamamilə məntiqlidir.

    Belə ki, AR və VR üçün nəzərdə tutulmuş tətbiqlər məhz App Store platformasında olmalıdırlar. Digər bir məlumata əsasən isə tərtibatçılar yeni əməliyyat sistemi və RealityOS simulyatoru üçün nəzərdə tutulmuş linkləri aşkar ediblər. RealityOS simulyatoru Apple şirkətinin qarışıq reallıq cihazının işıq üzü görməsindən daha öncə tərtibatçılara AR və VR tətbiqlərin test olunmasında lazım ola bilər. Son məlumatlara əsasən Apple şirkəti öz qarışıq reallıq cihazını gələn il satışa çıxartmağı planlaşdırır. Bununla belə cihazın təqdimatı artıq bu il baş tuta bilər.

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “Apple şirkəti RealityOS adlı yeni əməliyyat sistemi üzərində çalışır” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button