2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Apple” şirkətinin adı vergi qalmaqalında

“Apple” şirkətinin qurucularından biri olan  Stiv Voznyak  hesab edir ki, şirkət daha çox vergi ödəməlidir. 
ANS PRESS-in məlumatına görə, Voznyak  dünyanın bütün şirkətlərinin gəlirlərinin ən az 50%-i miqdarında vergi ödəməli olduğunu düşünür.
“Apple”in vergidən yayınması barədə gəzən söz-söhbətlər şəxsən mənim xoşuma gəlmir. Çünki hər vergi ödənişini mən şəxsən yerinə yetirirəm. Mən  qazandığımın 50%-dən çox vəsaitini vergilərə ödəyirəm. Düşünürəm ki, bu, həyatın bir hissəsidir və belə də olmalıdır. Bu dünyanın bütün şirkətlərinə də tətbiq edilməlidir”, – deyə Voznyak bildirib.
2014-cü ildə Avropa İttifaqı bir neçə beynəlxalq şirkətə qarşı qanunsuz vergi güzəştlərinin edilməsinə dair araşdırmalara başlayıb. Bu şirkətlər sırasına “Apple”, “Facebook”, “Google” və “Amazon” kimi nəhənglər var.
Xüsusilə Avropa İttifaqı  ilk olaraq “Apple”in İrlandiyadakı, Amazonun isə Lüksenburqdakı internet mağazalarında  vergi yoxlamalarına başlayıb.
Stiv Voznyak -
Ötən ilin dekabrında “Apple” şirkəti İtaliyada 318 milyon avro həcmində cərimə edilib. Texnologiya nəhəngi olan “Apple” şirkəti qazancını İrlandiyaya ötürərək vergilərdən boyun qaçırdığına görə İtaliya onu 318 milyon avro dəyərində cərimələyib. Rəsmi orqanların yaydığı xəbərlərdə şirkətin İtaliya Vergilər Nazirliyinə 2008-2013-cü illər arasında 880 milyon avro vergi əvəzinə yalnız 30 milyon avro ödədiyi bildirilir.
“Apple” 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter şirkətidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button