Loading...
Loading...
Texnologiya

Apple tərtibatçılara köhnəlmiş tətbiqlərin yenilənmələri üçün 90 gün vaxt verib

    Bir neçə müddət bundan öncə məlum oldu ki, Apple şirkəti uzun müddət ərzində yenilənməmiş, az sayda və ya ümumiyyətlə heç bir yüklənməyə sahib olmayan tətbiqləri App Store-dan siləcək. Bununla belə şirkət tətbiqlərin yenilənmələri üçün tərtibatçılara 30 gün vaxt verildiyini qeyd etmişdi. İndi isə məlum olub ki, Apple tərtibatçılara təqdim edilmiş müddəti 90 günə yüksəldib. Söhbət, son 3 il ərzində yenilənməmiş, son 12 ay ərzində nadir hallarda yüklənmiş və ya ümumiyyətlə yüklənməmiş tətbiqlərin silinməsindən gedir.

    Gözləntilərə əsasən bu cür addım aktual olan kontentlərin axtarışlarına mane olan lazımsız tətbqləri App Store platformasından təmizləməyə, daimi şəkildə yenilənən proqram təminatlarının təhlükəsizlik tələblərinə cavab vermələrinə və onların cihazlardakı müasir texniki imkanlara uymalarına şərait yaradacaq. Daha öncə qeyd edilmişdi ki, tərtibatçılar uzun müddət ərzində yenilənməmiş tətbiqlərini 30 gün ərzində yeniləməlidirlər. Əks halda onların tətbiqləri App Store-dan silinəcək.

    İndi isə şirkət tərtibatçılara 90 gün vaxt verib. Bununla da tərtibatçılar sözügedən prosesin yerinə yetirilməsi üçün yetəri qədər vaxta sahibdirlər. Qeyd etmək lazımdır ki, nəticə etibarilə bu və ya digər tətbiqin App Store-dan silinəcəyinə baxmayaraq, smartfonlara yüklənmiş həmin tətbiqlər çalışmağa davam edəcəklər. Silinmə prosesi yalnız App Store platformasını əhatə edəcək. Apple bildirib ki, App Store Improvements proqramı faktiki olaraq 2016-cı ildən fəaliyyət göstərir və artıq 2.8 milyon tətbiq App Store-dan silinib. Bununla belə tərtibatçıların çoxu şikayət edir ki, tətbiqlər üçün illər əvvəl təqdim edilmiş yenilənmələr hələ də aktual olaraq qalırlar və həmin tətbiqlərin düzgün şəkildə çalışmaları üçün hansısa dəyişikliklərin edilməsinə ehtiyac yoxdur.

24 saat” “Apple tərtibatçılara köhnəlmiş tətbiqlərin yenilənmələri üçün 90 gün vaxt verib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Pegasus adlı məşhur casus tətbiqi İspaniyanın baş və müdafiə nazirinin smartfonlarında aşkar edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button