2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Aprel döyüşləri 2016 və pandemiya 2020: Faciələrdən mənfəət güdən Əliyevlər

Əliyevlər mənəvi kasıblığın zirvəsində

Əliyev hakimiyyətinin hansı dəyərlərə, hansı mənəvi keyfiyyətlərə sahib olduğunu bilirik. Hakimiyyəti zəbt etdikləri ilk gündən öz kimliklərini cəmiyyətə təqdim ediblər. Məhz Əliyevlər sayəsində Azərbaycan dünyada korrupsiya, hüquqsuzluq, repressiya ölkəsi kimi tanınır. Əliyev idarəçiliyi Azərbaycanı “qeyri-azad ölkələr”  siyahısına salıb. Yəni, ölkə ictimaiyyəti də, beynəlxalq aləm də bu komandanın dövlətçilik təfəkküründən məhrum olduğunu, tənəzzül komandası olduğunu bilir. Amma hər bir insanın “qırmızı xətt”i olmalıdı və həmin xətti keçməyə özünə icazə verməməlidir. Məsələn, başqasının fəlakətindən bəhrələnmək, başqasının faciəsinə sevinmək insanlığa zidd haldır və heç kim bunu özünə sığışdırmamalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Təəssüflər olsun ki, Əliyev idarəçiliyi bu “ilk”ə də imza atdı. Xalqın faciəsindən, fəlakətindən yararlanmağı da özlərinə rəva bildilər. Biz bu qeyri-insani taktikanı devalvasiya zamanı müşahidə etmişdik. Faktiki olaraq devalvasiyadan milyonlarla insan zərər görsə də, Əliyev-Paşayev ailəsi, bu ailənin bankları mənfəətlə çıxdı. Ağır zərbə almış xalqa isə əl uzadılmadı.Amma hakimiyyətin mənəvi yoxsulluğu bununla yekunlaşmadı. Daha iki faciə zamanı bu hakimiyyətin nə qədər anti-milli olduğu üzə çıxdı. Bəli, hakimiyyət bu günlərdə 4-cü anım ilini qeyd etdiyimiz aprel döyüşlərindən də, hər gün xalqı təhdid etməkdə olan koronavirus bəlasından da mənfəət güddü. Aprel döyüşlərindən sonra büdcədən vəsait ayrıldı və bu vəsaitin döyüşlər zamanı zərər görümüş evlərin təmirinə, kəndlinin təsərrüfatına, aprel şəhidlərinin ailələrinə sərf olunacağı bildirildi. Amma ötən vaxt  ərzində  tamam fərqli mənzərənin şahidi olduq. Aprel döyüşləri zamanı zərərə uğramış adamların şikayətləri, ah-nalələri mətbuatı zəbt etdi, bu adamlar prezidentin saytına saysız-hesabsız məktublar göndərdi, şəhid ailələrinin elementar qayğıdan məhrum edildiyi məlum oldu. Hətta aprel döyüşləri zamanı şəhid olmuş adamın həyat yoldaşına dövlətin verdiyi evdən imtina etməsiylə bağlı ərizə də almışdılar. Əliyev hakimiyyəti dövlətin böyük potensialı olduğu halda, qanlı döyüşlər zamanı zərər çəkmiş adamlara lazımi qayğını göstərmədi.

Faciədən, şəhid qanından da pul mənimsədilər, çarəsiz vəziyyətdə olan insanların haqqın oğurladılar. Büdcədən bu məqsədlə ayrılan milyonların taleyi heç kimə məlum olmadı. Bu gün də acgöz və azğın siyasətlərinə sadiqdirlər. Koromavirus bütün dünyanı təhdid edir. Minlərlə insan həyatını itirib, milyondan artıq insan xəstəliyə yoluxub. Amma Əliyev hakimiyyəti ibrət götürmək əvəzinə, yenə də qazanc əldə etməyi düşünür. Hər gün xəbər yayılır ki, incəsənət xadimləri, siyasətçilər, icra başçıları, şirkət rəhbərləri, banklar, iş adamları koronavirus fonduna pul köçürürlər. Koronavirusdan istifadə edərək bütün pullu adamlara hesab kəsiblər. Üstəlik, dövlət büdcəsindən 1.5 milyard manat ayrılıb, başqa ölkələrdən yardımlar gəlir və dövlətin əlavə rezervləri də var. Amma hakimiyyət hələ də vətəndaşa gözlə görünə bilən yardım etmək istəmir. Yenə də imitasiya xarakterli sərəncamlar meydan sulayır, yenə də boş vədlər dövriyyəyə buraxılıb.

Bu virus bəlasından istifadə edərək kütləvi cərimələr həyata keçirilir, qiymətlər qalxır, elementar spirt, maska 10 qat baha qiymətə satılır. Göründüyü kimi, həm vətəndaşa verilməli olan pulu mənimsəyirlər, həm də məcburi şəkildə vətəndaşın cibinə girirlər. Öz cibləri dolsun deyə, milyonlarla insanı çörəyə möhtac qoyublar.Müxtəsər, yaşadıqlarımız göstərdi ki, bu hakimiyyət xalqın ölümlə üz-üzə qaldığı vaxtda da insafa gəlmir, oğurlamaqdan imtina edə bilmir. Deməli, səbəb təkcə yarıtmazlıq, məsuliyyətsizlik deyil.

Əliyev komandası  maddi baxımdan çox varlı olsa da, mənəvi baxımdan kasıblığın zirvəsindədi. Bu “zirvə”ni fəth edən adamlar isə bir xalqa səfalətdən, tənəzzüldən, fəlakətdən başqa heç nə verə bilməz. “Dost dar gündə tanınar” deyiblər. Əliyev ən dar gündə düşmən kimi davrandı və göstərdi ki, dövlət-xalq anlayışı puldan aşağıda dayanır. Azərbaycan xalqı bu günləri unutmamalı, onun faciəsindən mənfəət güdən dəstəni layiq olduğu yerə göndərməlidir.

Lakin Əliyevlər bilməlidirlər ki, xalq aprel döyüşlərini və onun qəhramanlarını unutmayıb. Döyüşlərdən mənfəət güdən Əliyevlər isə aprel qəhramanlarımızı və onların ailələrini unudub…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button