2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Aprel döyüşləri Qarabağ savaşının dönüş nöqtəsidir”

Milli Ordumuzun şanlı zəfər anından – Aprel döyüşlərindən 1 il keçdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.

Bu, ermənilərin atəşkəs şəraitində törətdikləri növbəti ən ağır təxribatlardan biriydi. Ermənilər bu dəfə təkcə ordumuza qarşı deyil, mülki vətəndaşlarımıza qarşı da hücuma keçmişdilər. Belə ki, cəbhə xəttinə yaxın yaşayış məntəqələrimizin bombalanması nəticəsində aralarında 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs isə ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.

Əlbəttə, öz havadarlarına güvənərək bütün bəşəri prinsiplərə və hərbi-siyasi normalara zidd hərəkət edən Ermənistan adlı avantürist dövlətin bu təxribatı cavabsız qala bilməzdi. Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı erməni təxribatının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin görülməsi barədə operativ qərar qəbul etdi. Və beləliklə də tariximizə “Aprel döyüşləri” kimi düşən 4 günlük müharibə başladı. Bu müharibə ermənilərə təkcə hərbi-texniki planda yox, həm də mənəvi-psixoloji müstəvidə çox ağır bir zərbə oldu.

Saytların yığılması Saytlarin yigilmasi

Dördgünlük döyüşlər zamanı hərbi birləşmələrimiz Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.
Aprel döyüşləri ermənilərin 30 tankının, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğularının məhv edilməsinə, 320 hərbçisinin öldürülməsinə, 500-dən artıq hərbçisinin isə yaralanmasına səbəb oldu.

Düşmən tərəf belə bir ağır sarsıdıcı nəticələrə hazır deyildi. Həmin günlərdə nəinki təkcə erməni əsgərləri arasında, həmçinin Dağlıq Qarabağda yaşayan ermənilər və Ermənistanın öz vətəndaşları arasında da böyük bir panika yaşanırdı. Qarabağdaki ermənilər Ordumuzun cavab zərbələrindən vahiməyə düşüb qaçırdılar.
Bəli, Aprel döyüşləri həqiqi mənada Qarabağ savaşının dönüş nöqtəsi sayıla bilər. Çünki məhz bu döyüşlərdən sonra Ermənistanı idarə edən məsuliyyətsiz insanlar Azərbaycan Ordusunun gücünə əmin oldular. Və məhz bu məğlubiyyətlərindən sonra Ermənistan cəmiyyətində parçalanma yarandı, bütün ermənilərin bir-birilərinə dəstək olmaları barədə yayılmış məşhur mif bir anın içərisində puç oldu. İlk dəfə olaraq erməni cəmiyyətində real qorxu hissi yarandı. İndi Ermənistanda başda eks-prezident Levon Ter-Petrosyan olmaqla Qarabağ müharibəsinin onlara necə böyük bəlalar gətirəcəyini dərk edən insanların sayı gün-gündən artmaqdadır.

Biz bu dönüşə, mənfur ermənilər üzərindəki bu mühüm qələbəyə görə hər bir hərbçimizə minnətdarıq və bu döyüşlərdə canından keçən hər bir Şəhidimizin ruhu qarşısında baş əyirik!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

moderator.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button