2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Aprel döyüşləri tarixi bir şans idi və hakimiyyət bu şansı qiymətləndirmədi”

Elxan Mehdiyev: “2017-ci ildə ciddi hərbi qarşıdurmanın baş verəcəyi inandırıcı görünmür”

 

Saytların yığılması Saytlarin yigilmasi

2017-ci ildə Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın şiddətlənəcəyi ilə bağlı Avropa mətbuatında bir sıra məqalələr dərc olunmaqdadır. Bəzi Qərb analitikləri iddia edir ki, Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət 2016-cı illə müqayisədə “daha pis” ola bilər.
2017-ci ildə tərəflər arasında qarşıdurmanın daha da güclənməsi mümkündürmü? Doğrudanmı bu il ötən illə müqayisədə “daha pis” ola bilər?
24saat.org-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev bu iddianı bölüşmədiyini söylədi:
“Məsələ bundadır ki, Azərbaycan hökumətinin apardığı siyasət heç də buna dəlalət etmir. Bu baxımdan mən 2017-ci ildə tərəflər arasında ciddi qarşıdurmanın baş verəcəyini zənn etmirəm.
Aprel döyüşləri Azərbaycanın tarixində ona verilmiş ən böyük şans idi. Son 23 il ərzində ələ düşən tarixi bir şans… Əgər Azərbaycan, onun siyasi rəhbərliyi bu şansdan istifadə etmədisə, indiki durumda, qüvvələr nisbətinin tamamilə fərqli olduğu durumda belə bir addım atacağı inandırıcı deyil”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button