2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Aprel döyüşlərindən 3 il ötür

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında döyüşlər başlayıb.

Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər sayılır.

Rəsmi məlumata görə, əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan kəndini, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyini və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətindəki yolları azad edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda Azərbaycan Silahlı Qüvvələrinin 2 min hektarlıq ərazini azad etdiyi göstərilib. Ancaq Ermənistan tərəfi bu ərazinin 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edib.

Aprelin 5-də tərəflərin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının verdiyi məlumata görə, aprel döyüşlərində Azərbaycan tərəfdən 92 hərbçi həlak olub. Onun sözlərinə görə, Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

ABŞ Dövlət Deparmentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfər ölüb.

2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Silahlı Qüvvələrin 3 hərbçisi “Azərbaycanın Milli Qəhrəmanı”, 7 hərbçisi “Azərbaycan Bayrağı” ordeni, 1 hərbçisi 2-ci dərəcəli və 4 hərbçisi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 hərbçisi “Vətən uğrunda” medalı, 43 hərbçisi “İgidliyə görə” medalı, 45 hərbçisi “Hərbi xidmətlərə görə” medalı, 2 hərbçisi “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button