Gündəm

“Aprel şəhidləri”nin adı küçələrə verildi

Kürdəmir şəhərinin yeni salınan küçələrinə şəhid baş leytenant, “Azərbaycan Bayrağı” ordenli İsmayılov Əbu Bəkr Vüqar oğlunun və şəhid gizir, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunan Qurbanov Tural Gürşad oğlunun adları verilib.

Modern.az-ın xəbərinə görə, hər iki gənc aprelin əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Küçələrə hər iki şəhidin adını bildirən lövhələr vurulub.

 

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT
Back to top button