2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Aprel şəhidləri Mehriban Əliyevanın yuxusuna girir?

“Vaşinqton Post” Azadlıqın köməyi ilə bizim diktaturadan yazdı. Artıq bütün dünya görür ki, koronavirus Azərbaycan kimi yerlərdə diktatorlar tərəfindən öz maraqları üçün istifadə olunur. Məsələn, Əliyevlər üçün bu faciə bir biznes projedir. PAŞA holdinq bu krizisdən necə varlanır artıq yazmışdıq. Bu gün isə, bizim yazılardan sonra PAŞA öz imijini düzəltmək üçün yenilik edib. Dedilər ki, banklar da sahibkarlıq subyektidir və dövlətin onların fəaliyyətinə müdaxilə etmək hüququ yoxdur. Lakin, PAŞA banka tövsiyyə olundu ki, müəyyən möhlətlər edilsin, vətəndaşı sıxmasınlar… Bəs şəhid ailələri necə estin? Diqqət etdinizsə, unudulmaz Aprel döyüşlərinin 4-cü ildönümü hakimiyyət dairələrində çoxunun yadına belə düşmədi. Xatırlayanlar da sosial şəbəkə hesablarından iki cümlə paylaşmaqla işlərini bitmiş saydılar. Vitse-prezident MehribanƏliyeva də tarixi hadisənin dördüncü ildönümü münasibətilə rəsmi “İnstagram” səhifəsindən məhz ikicə cümlə paylaşıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Əliyeva hər başsağlığı paylaşımında “Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq” mesajını verir. Amma hər kəs bilir ki, bu Əliyevlər cütlüyünün sözü ilə əməli heç vaxt üst-üstə düşmür. Sanki 100-dən artıq döyüşçünün və mülki şəxsin itkisi ilə nəticələnən döyüşlərdən sonra xalqı “şərab diplomatiyası” ilə alçaldıcı sülhə hazırlayan xanım Əliyeva deyildi? Sanki döyüşlərin qızğın çağında orduya geri çəkilmək əmri verən, “biz ermənilərlə əvvəlki kimi bir masada şərab içəcəyik” deyən, Azərbaycan kəndlisini soyuqdan dondurub erməni kilsələrini qazla təmin edən bunlar deyildi? Sanki “qanpulu” üçün illər boyu küçələrdə sürünən şəhid ailələrinə həqarət edən, onları döydürdən bunlar deyildi. O qədər itkidən sonra “şərab diplomatiyası” ideyasını ortaya atan vitse-prezident xanımın səmimiyyətinə nə qədər inanırsınız?

Reklam və göz boyamaq üçün vətənpərvərlikdən dəm vurmaq bunların çoxdankı peşəsidir. Bu ölkə insanlarının faciəsi üzərində milyarder olan Əliyeva çıxıb “aprel şəhidləri hər gecə yuxuma girir” də deyə bilər. Amma 27 ildir onların yuxusuna puldan başqa bir şey girmədiyini də hər kəs yaxşı bilir.  Yaxın günlərdə Türkiyədə bir şəhid anası belə ifadə işlətmişdi- “şəhid halvası sizin evdə bişmədiyi vaxtadək, halva sizin üçün şirin olacaq”. Eynilə Azərbaycan reallığı üçün deyilmiş ifadədir. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan Şuşadan “Qarabağ Artsaxdır” mesajı verəndə, oğlunu Qarabağa əsgər göndərəndə bunlar susurdular. Nikol Paşinyanın arvadı Anna Akopyanın Əliyevaya göndərdiyi mesajı xatırlayın: “Mehriban Əliyeva “Telegram”-da yazıb ki, onların bir arzusu var, o da Qarabağda muğam dinləməkdir. Onun bunu hansı kontekstdə yazdığını təxmini bilirəm, ancaq indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm. Dəvəti qəbul etsə, özüm də Bakıya getməyə, orada qonaq olmağa hazıram. Əgər onlar muğam adı altında müharibə istəyirlərsə, onda bu arzu elə arzu olaraq da qalacaq. Əgər müharibə başlasa, onda muğama qulaq asmaq istədikləri yerlərin sayı da artacaq.” Ləyaqətli dövlət adamı bunların cavabını ən layiqli şəkildə verməli idi, amma Əliyevlər susub durdular. Çünki vətənpərvərlik bunlar üçün sadəcə, özünüreklam şüarıdır. Vətənpərvərlik bunlar üçün milyardlarını artırmaq, hakimiyyətdə daha uzun müddət qalmaq, insanları daha çox əzmək üçün uydurulmuş boş söz yığınından başqa bir şey deyil. Əliyevlər cütlüyünün saxta vətənpərvərliyini şəhid ailələrinə ayrılmış “qanpulu” məsələsində etdikləri rəzalətdən gördük, əlavə sözə ehtiyac yox. Vətəni obyekt, neft quyusu, pul xəzinəsi kimi görən adamlardan vətənpərvər olmaz. Son 27 illik tarix bir daha sübuta yetirdi ki, Əliyevlər ailəsi bu vətənin başına gəlmiş ən pis bəladır. Biz o bəladan qurtulmayınca, nə Qarabağa qurtuluş var, nə də Azərbaycana.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button