2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSiyasətXəbərlər

Aqramuntun Azərbaycanla bağlı fəaliyyəti də araşdırıla bilər

AŞPA-nın yaz sessiyasının işi dayandırılıb. Səbəb isə Suriyaya səfəri üzündən AŞPA-nın rəhbəri Pedro Aqramunta etimada dair məsələnin – istefanın nəzərdən keçirilməsi haqqında üzvü olduğu Avropa Xalq Partiyasının iclasında səslənən təkliflər olub.

24saat.org xəbər verir ki, Aqramuntun özbaşına Suriyaya getmәsi araşdırılır. Onun istefasını tәlәb edәn çox sayda deputat var. Çәrşәnbә axşamından sonra AŞPA tәrәfindәn Aqramuntun ifadәsi alınacaq. Bununla bağlı İtaliyadan olan deputat Mikele Noikoletti çıxış edib.

Ukraynadan olan deputat Borislav Bereza canlı efirdə bildirib ki, AŞPA sədri çoxsaylı istefa tələblərindən sonra partiyanın iclasından qaçıb.
AŞ PA sədri Pedro Aqramunt qurumun yaz sessiyasının açılışında Suriyaya səfərinin yanlış addım olduğunu bəyan etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat üçün deyək ki, Aqramunt ölkəmizdə yaxşı tanınır. O, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi olduğu zaman hakimiyyətin xeyrinə verdiyi açıqlamalarla yadda qalıb. Həmin vaxt Aqramuntun adı “kürü diplomatiyası”nda hallanırdı. Bəzi məlumatlara görə, Aqramuntla bağlı başlanan araşdırmalar zamanı onun Azərbaycanla bağlı fəaliyyəti də gözdən keçiriləcək.

Əgər onun Azərbaycan hökuməti ilə hər hansı formada sövdələşməsinə dair fakt üzə çıxarılacaqsa bu növbəti qalmaqala səbəb olacaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button