2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aqramuntun könüllü istefa verəcəyi bildirilir

”İstefa Praqada keçiriləcək növbəti iclasında rəsmiləşdiriləcək”

Saytların yığılması Saytlarin yigilmasi

AŞPA prezidenti Pedro Aqramuntun RF Dövlət Dumasının deputatları ilə birlikdə Suriyaya səfərindən və Bəşər Əsədlə görüşündən sonra assambleyada başlayan qalmaqal sona yaxınlaşır.

AŞPA sessiyasında etimad rəyi haqqında səsvermə keçirilməsi təhlükəsi ilə üz-üzə qalan Aqramunt öz səlahiyyətlərini könüllü olaraq buraxmaq qərarı alıb.  Məlumat “Turan”-a AŞPA-dakı mənbələrdən veriblər. Deyilib ki, Aqramunt fraksiya liderləri ilə qeyri-rəsmi məsləhətləşmələrdə ona aprelin 27-də assambleyanın İspaniya kralı IV Filippin çıxış edəcəyi iclasını keçirmək imkanı verməyi xahiş edib.

“Sessiyanın bağlanması da daxil olmaqla, qalan bütün iclaslarda Aqramunt iştirak etməyəcək. Sessiya bağlandıqdan sonra büronun iclasında o, istefasını elan edəcək. İstefa Büronun mayın 29-da Praqada keçiriləcək növbəti iclasında rəsmiləşdiriləcək”, – deyə Strasburqdakı məlumatlı mənbə bildirib.

İtaliya prokurorluğunun korrupsiyada ittiham olunan keçmiş prezident Luka Volonteni ifşa etməsinin ardınca Aqramuntun gedişi əlamətdar hadisə olub. Görünür, AŞPA son illər təşkilatda yayılmış korrupsiyadan və sağlam olmayan lobbiçilikdən təmizlənmək üçün özündə güc tapır.

Krımın işğalı ilə əlaqədar Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması da buna şərait yaradıb. Məhz Rusiya nümayəndə heyəti ellik zəmanət – postsovet məkanı və keçmiş sosialist düşərgəsi ölkələrindən olan deputatların demokratik təşəbbüslərə qarşı mübarizədə bir-birini dəstəkləməsi sisteminin yaradılmasında mühüm rol oynayıb. Qərb ölkələrinin bir sıra vicdansız deputatları da onlara ayaq uydururdular.

Əlavə edək ki, Aqramunt AŞPA-da Azərbaycan nümayəndə heyətinin yaxşı dostu idi. Məhz o, monitorinq komitəsinin həmməruzəçisi olarkən 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməməsində fəal rol oynayıb.

Eyni zamanda, Qarabağ münaqişəsi məsələsində, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə bəyanatlara baxmayaraq, iş real addımlara gəldikdə Aqramunt öz mövqeyini ifadə etməkdən yayınırdı.

2015-ci ilin yayında Dağlıq Qarabağ üzrə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən qətnamə üzrə səsvermə keçirilən iclas gedərkən Aqramunt zaldan çıxmışdı.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button