2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Aqrolizinq” rəhbərinin atasının evindən külli-miqdarda oğurluq – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə V.İbrahimovla E.Şirinov özlərini qismən, digər iki şəxs – V.Həsənovla Y.İsmayılov isə özlərini təqsirli bildiklərini deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra təqsirləndirilən E.Şirinov vəkili Ceyhun Yusifovla birgə vəsatət qaldırıb. E.Şirinov bildirib ki, Nəsimi rayon ərazisində 3-4 min manat dəyərində qızıl-zinət əşyası oğurlayıb, lakib istintaq orqanı isə məbləği 51 min manata çatdırıb: “Əslində, zərərçəkmiş Aydın Mirzəyev deyil, onun oğludur. Buna görə də cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyirik”.

Vəsatət baxılmamış saxlanılıb.

Prosesdə zərərçəkmiş Aydın Mövlayev ifadə verib. O söyləyib ki, Nəsimi rayonu ərazisində yerləşən evindən oğurluq edilib: “Oğlum zəng etdi ki, evə giriblər. Evə çatanda yataq otağının darmadağın olduğunu gördüm. Pəncərəni açıq qoyub getmişdik deyə, onlar da oradan daxil olub. Tez polisə məlumat verdik. Pul evdə döşəyin altında idi”.

Zərərçəkmiş dindirilən zaman vurğulayıb ki, evindən qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat pul aparılıb. O, pulunu tələb etdiyini deyib: “Yoldaşımla qardaşımgilə qonaq gedən zaman blokun qarşısında üzünü dəqiq xatırlamadığım təqsirləndirilən şəxslərdən birini görmüşdük”.

Vəkil C.Yusifov zərərçəkmişə sual verərkən deyib ki, A.Mövlayev ilkin ifadəsidə qızıllarının Mingəçevirdə qaldığını söyləyib.

A.Mirzəyev isə belə bir ərizə yazmadığını qeyd edib. O, qızıl-zinət əşyalarını 1985-ci ildən 2016-cı ilə qədər aldığını bildirib: “Hadisədən sonra “Moskva univermağı”na gedib, qızılların qiymətini hesablatdıq”.

Vəkil C.Yusifiov A.Mövlayevin həyat yoldaşını əlavə şahid qismində dindirilməsini tələb edib. Lakin dövlət ittihamçısı etiraz edərək bildirib ki, əsas şahidlər ifadə verəndən sonra qadın dindirilsin.

Məhkəmədə təqsiləndirilən V.İbrahimov ifadəsində Nərgiz Abdullayevaya qarşı soyğunçuluq etmədiyini deyib: “Həmin zaman evdə olmuşam”.

O, istintaq dövründə fiziki təsir altında qaldığını bildirib: “İqbal Xəlilovun evinə pəncərədən daxil olmuşam, lakin oradan heç nə aparmamışam. Gülbikə Əhmədovanın evində olmamışam. Aydın Mövlayevin evinə oğurluğa Emin Şirinovla getmişəm. Oradan yalnız 4 min manat dəyərində qızıl-zinət əşyası apardıq. Evdə pul olmayıb. Qızılları da Binəqədi ərazisində yerləşən gecə klubunda tanış olduğum Tural adlı şəxsə satmışam. Emil isə həmin şəxsi uzaqdan gördü”.

V.İbrahimov ifadəsində İlham Həsənovla Türkan İbadovanın evindən qızıl-zinət əşyası oğurladığını etiraf edib. O, həmin qızılı “Moskva Univermağı”nda 900 manata satdığını söyləyib.

İttiham aktına əsasən, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhər Nəsininrayon ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıb.

Daha sonra həbs edilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə “Aqrolizinq” ASC-yə sədr təyin edilib.

 

Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button