2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

AQTA sədri Qoşqar Təhməzli hamam xalatı satır

AQTA sədri Qoşqar Təhməzli Slovakiya, Ukrayna və Gürcüstanda bizneslə məşğuldur

Cavanşir Həsənlinin araşdırması

Azərbaycan məmurlarının korrupsiya yolu ilə mənimsədiklərini yatırmaq üçün Avropada İngiltərə və Çexiyadan başqa daha bir ölkə var –
Slovakiya.

Saytların yığılması Saytlarin yigilmasi

Tam da Avstriya ilə sərhədində, əsrarəngiz Dunayın sahilindəki Bratislavanın bu sarıdan ayrı bir özəlliyi var. Bu şəhərdə Azərbaycandan çıxarılmış böyük pullar hesabına ərsəyə gəlmiş xeyli sayda şirkət, hətta özəl universitet belə fəaliyyət göstərir.

Məsələn, 2018-ci ilin yanvarından fəaliyyətə başlamış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri cənab Qoşqar Təhməzli bu ölkədə hamam xalatları (!) aksrssuarları satır.

Qoşqar Təhməzli

Qoşqar Təhməzli

Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Qoşqar Təhməzli Slovakiyadakı “Saffran” S.R.O. şirkəti vasitəsiylə hotel və mehmanxaları tekstil və hamam aksessuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk).

Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. 

Saffran S.R.O 2016-cı ilin noyabrın 11-də Bratislava ədliyyəsində 50 574 256 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. 
Qeydiyyat ünvanı: Špitálska 53 
Bratislava – mestská časť Staré Mesto 811 01.

Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40 -da qeydiyyatda olan Qoşqar Təhməzli öz adına rəsmiləşdirilib. 

25 dekabr 2017-ci ildə cənab Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun adına keçirmək qərarına gəlir. 2018-ci il iyulun 3-də “Saffran” S.R.O. Belarusiya vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və Cavidan İmanovun (80%) adına keçirilir.

Qoşqar Təhməzli Ukrayna bazarında

“Saffran” S.R.O.-nun fəaliyyəti Slovakiya ilə məhdudlaşmır. Təhməzlinin şirkəti Avropa şirkəti adı ilə Ukrayna bazarına da daxil olub. 

Ukrayna şirkəti
Ukrayna şirkəti

Nizamnamə kapitalı 21 miyon Ukrayna qrivnisi olmaqla bu ölkədə də qeydiyyata alınan şirkətin Ukraynadakı ofisi Solomensky, Vadim Hetman küçəsi 27 ünvanında yerləşir və Palamarchuk Svetlana Valentinovna tərəfindən idarə olunur. 

AQTA sədri Gürcüstanda da pul qazanır

Saffran” S.R.O. agentlik rəhbərinin yeganə şirkəti deyil. Cənab Təhməzovun Gürcüstanda “Universal Medikal Group” şirkəti fəaliyyət göstərır. Şirkət 2011-ci ilin dekabrın 22-də Tiflisin regional Bako Saburtalo vergi müfəttişliyində B11184596 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Şirkətin 50 faizlik hissəsi agentlik rəhbərinə, 50 faizlik hissəsi isə Türkiyə vətəndaşı Oqtay Öztürkə aiddir.

"Universal Medikal Group şirkəti"nin qeydiyyatına dair sənəd

“Universal Medikal Group şirkəti”nin qeydiyyatına dair sənəd

Qoşqar Təhməzli Türkiyədə Azərbaycanı “təmsil edir”

Qoşqar Təhməzlinin Türkiyədə də biznesi var. Agentlik rəhbəri “TOSGO GROUP MEDİKAL İNŞAAT VE TURİZM SANAYİ TİCARET LİMİTED” ŞİRKETİni hələ 2014 -cü ilin mayın 5-də İstanbulda qeydiyyatdan keçirib.

Ünvan: ATAKENT MAH. 220. SOK. İSTANBUL SARAYLARI 12.BLOK D:5 HALKALI KÜÇÜKÇEKMECE – KÜÇÜKÇEKMECE / İSTANBUL / TÜRKİYE.

Şirkət tibbi avadanlıqların, kosmetik vasitələrin və tekstil məhsullarının istehsalı və satışı ilə məşğuldur.

Azərbaycanda da Qoşqar Təhməzlinin biznesi var.

Ona məxsus Bakı şəhəri Molla Cümə küçəsi 103b -də yerləşən “Medeks Ltd” 2006-cı ildən fəaliyyətdədir.

"Medeks Ltd"

“Medeks Ltd”

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button