Bizim tərcüməDünya

Aralıq dənizində miqrant qayığı çevrilib: 30 miqrant itkin düşüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Aralıq dənizində immiqrantları daşıyan daha bir qayıq batıb. İtaliya Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada immiqrantları daşıyan və Liviyadan yola düşən qayığın Orta Aralıq dənizində əlverişsiz hava şəraiti səbəbiylə batdığı, 30 immiqrantın itkin düşdüyü, 17 immiqrantın isə xilas edildiyi bildirilib.

Açıqlamada, ticarət gəmiləri və AB-nin sərhəd agentliyi Frontex-in hava dəstəyi ilə xilasetmə əməliyyatlarının davam etdiyi, daha iki ticarət gəmisinin bölgəyə doğru irəlilədiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, bir ticarət gəmisinin ilk xilasetmə cəhdi pis hava şəraiti səbəbindən uğursuzluğa düçar olduqdan sonra Liviya səlahiyyətliləri xilasetmə işlərini həyata keçirmək üçün imkanlarının olmadığını əsas gətirərək İtaliyadan kömək istəyiblər. İtaliya isə batmış qayığın Axtarış və Xilasetmə Bölgəsi (SAR) xaricində baş verdiyini bildirib və bölgədəki ticarət gəmilərindən xilasetmə işlərinə qoşulmalarını istəyib.

İtaliya Sahil Mühafizəsi dünən 1500-dən çox miqrantın xilas edildiyini açıqlayıb.

Günün əvvəlində Mediterranea Saving Humans İtaliyaya gedən qayığın Liviyanın Benqazi şəhərindən təxminən 161 kilometr şimal-qərbdə çevrildiyini açıqlayıb.

Təhlükəli vəziyyətdə olan miqrant gəmilərindən gələn zənglərə cavab verən başqa bir yardım təşkilatı Alarm Phone, dünən ilk olaraq səlahiyyətlilərə xəbərdarlıq etdiyini və 47 nəfəri daşıyan qayığın təcili olaraq xilas edilməsi lazım olduğunu vurğuladı.

Digər tərəfdən İtaliyanın Calabria bölgəsindəki Crotone sahil qəsəbəsi Steccato di Cutro sahillərində fevralın 26-da baş verən qayıq qəzasında 74 immiqrant həyatını itirib.

İtaliya Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada immiqrantları daşıyan və Liviyadan yola düşən qayığın Orta Aralıq dənizində batdığı və 30 immiqrantın itkin düşdüyü bildirilib.

Mənbə: İHA

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button