2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Araşdırma: Alkoqol ən çox Latviyada, ən az Türkiyədə içilir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmasının nəticələrinə görə Avropada alkoqollu içkilar ən çox Latviyada istehlak edilir.

Saytların yığılması Saytlarin yigilmasi

2020-ci ili əhatə edən hesabata görə bu reytinqdə ikinci yeri Çexiya, üçüncü yeri isə Litva tutur.

2020-ci ildə Latviyada il ərzində adambaşına 12,1 litr spirtli içki qəbul edilib.

Çexiyada bu rəqəm 11,6, Litvada 11,4, Avstriyada 11,3, Bolqarıstanda isə 11,2 litr olub.

Avropa üzrə alkoqollu içkilərin ən az içildiyi ölkə Türkiyədir. Burda il ərzində adambaşına 1,2 litr spirtli içki düşür.

İstehlakın artdığı və azaldığı ölkələr

Hesabatda deyilir ki, araşdırmanın aparıldığı əksər ölkələrdə son on il (2010-2020) ərzində spirtli içki istehlakı azalıb.

Alkoqollu içki istehlakının ən çox azaldığı ölkə Ukrayna olub.

Bu ölkədə adambaşına spirtli içki istehlakı 2010-cu ildə 7,8 litr idisə, 2019-cu ildə bu rəqəm 5,7 litrə düşüb. Bu, spirtlıi içki istehlakının 37 faiz azalması deməkdir.

Spirtli içkilərin qəbulu Yunanıstanda 32 faiz, Niderlandda 26 faiz, İspaniyada 26 faiz azalıb.

Alkoqollu içkilərin istehlakında ən böyük artım Latviyada (19 faiz) qeydə alınıb.

Sonrakı yerləri Malta (13 faiz), Bolqarısran (13 faiz) və Norveç (11 faiz) tuturlar.

Britaniyalılar təəccübləniblər

Britaniya qəzetləri Birləşmiş Krallığın spirtli içki reytinqində ilk onluğa düşməməsindən təəccübləniblər.

Daily Mail qəzeti yazır ki, britaniyalıların almanlardan, portagizlərdən və fransızlardan az içdiyi məlum olub.

Hesabatda deyilir ki, bir çox Avropa ölkələrində “spirtli içkilərin qəbulunu məhdulaşdıran tədbirlər” həyata keçirilir.

Bunlar spirtli içkilərə qoyulan verginin artırılması, alkoqollu içkilərin ələ çatımlığının məhdudlaşdırılması və içki reklamlarına qadağan qoyulması kimi tədbirlərdir.

24 saat” “
Araşdırma: Alkoqol ən çox Latviyada, ən az Türkiyədə içilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button