2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Araşdırma: Kremlin Belarusu Rusiyaya qatmaq planı

Rusiyanın “Dosye” mərkəzi və ABŞ və Avropanın daha 11 media qurumu Kremlin 2030-u ilədək Belarusun Rusiyaya inteqrasiyası strategiyasına dair sənəd əldə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bunların arasında Süddeutsche Zeitung, WDR, NDR, Yahoo News, Delfi Eesti, Expressen, Independent, Frontstory və başqa mediaların jurnalistləri də var.

Kremlə məxsusluğu iddia edilən sənəd “Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri” adlanır.

İddia edildiyinə görə bu sənədinhazırlanmasında Rusiya Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti (FTX) və Rusiya silahlı qüvvələrinin baş qərargahı iştirak ediblər.

Qeyd olunur ki, Belarusa dair planlar 2021-ci ildən qurulur və Rusiyanın Ukraynaya müdaxiləsi bu planın perspektivlərini fdəyişməyib.

Bu strategiyaya görə Kreml 2030-cu ilədək Belarus Konstitusiyasının islahatını başa çatdırmalıdır.

İslahat konstitusiyada Rusiya maraqlarının nəzərə alınmasını, rus dilinin belorus dilindən üstünlüyünü və beloruslara Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsini təmin etməlidir.

Bundan başqa Kreml habelə Belarusun informasiya məkanı üzərində nəzarətə malik olmaq, Belarusda Rusiyanın vahid dövlət imtahanı məntəqələri, həmçinin elm və mədəniyyət mərkəziləri açmaq istəyir.

Sənəddə həm də Belarusda Rossotrudniçestvo dövlət qurumunun filiallarının açılması nəzərdə tutulur.

Bu dövlət qurumu əsasən Rusiya kəşfiyyatçıları üçün pərdə rolunu oynayır.

Bildirilir ki, 2022-ci ilədək Rusiya prezidenti administrasiyasının qarşısında Belarus rəhbərliyini İttifaq Dövləti üzərində işin zəruriliyinə inandırmaq vəzifəsi dayanırdı.

Bu müqavilə formal olaraq hələ 2000-ci ildə hazırlanmışdı.

2022-ci ilin noyabrında İttifaq dövlətinin inteqrasiya fərmanı çərçivəsində iki ölkənin iqtisadi-ticari inteqrasiyası üzrə 28 proqram qəbul edilmişdi.

Bu proqramlara vahid enerji və maliyyə bazarlarının yaradılması, vergi və gömrük siyasətlərinin uyğunlaşdırılması da daxil idi. Elə o vaxt həm də birgə hərbi doktrina təsdiq olunmuşdu.

Bu proqramların razılaşdırılması mərhələsində Alyaksandr Lukaşenka əmin edirdi ki, Rusiya ilə iqtisadi inteqrasiya Belarusun suverenliyinə təhlükə yaratmır.

Amma Putin bildirirdi ki, iqtisadi bazisin yaradılmasından sonra iki ölkə arasında siyasi yaxınlaşma baş verməlidir.

Dosye yazır ki, sözü gedən strategiyada habelə Rusiyanın Belarusa dair planlarına mümkün təhlükələrdən də bəhs olunur.

Kremldə ehtiyat edirlər ki, Belarusun NATO-ya üzv ölkələrlə yaxınlaşması, millətçi və qərbyönlü siyasətçilərin Lukaşenkaya mümkün təsirləri, Belarusda rus dilində təhsildən imtina edilməsi sözü gedən planları poza bilər.

Bu sırada hətta Rusiya istehsalı olan COVID-19 vaksinlərinin Qərbdə istehsal olunmuş vaksinlərlə əvəzlənməsinə də toxunulur.

Dosye yazır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi sözü gedən planları dəyişməyib.

24 saat” “
Araşdırma: Kremlin Belarusu Rusiyaya qatmaq planı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button