Loading...
Loading...
Dünya

Araşdırma: Rusiyanın bütün döyüş qabiliyyətli ordusu Ukraynadadır

Dinc dövrdə bütüb bu qüvvələr Kalininqraddan Kamçatkayadək bütün ölkə ərazisin boyunca dislokasiya olunub

Rusiya ordusunun demək olar bütün döyüş qabiliyyətli hərbi birləşmələri Ukrayna müharibəsində iştirak edir.

Qalan qoşunlar Rusiyanın NATO ölkələri ilə sərhədlərindədir.

Rusiyanın Proyekt təhqiqat saytının yazdığı hesabata görə Ukrayna ilə müharibədə Rusiyanın 52 regionundan və Krımdan olan hərbi hissələr iştirak edir.

Sayt Rusiya və regional media xəbərlərini dəqiqləşdirməklə, əsir düşənlər barədə videoları təhlil etməklə və açıq mənbələrdən və dövlət məlumat bazalarından istifadə etməklə müəyyənləşdirib ki, döyüş əməliyyatlarında Rusiyanın 11 ümumqoşun və 1 tank ordusu, hava desantının bütün hücum qüvvələri, bütün mövcud kəşfiyyat birlikləri və dörd Rusiya donamasının bütün dəniz piyadaları iştirak edir.

Hər üç komandirdən birinin borcları var

Dinc dövrdə bütüb bu qüvvələr Kalininqraddan Kamçatkayadək bütün ölkə ərazisin boyunca dislokasiya olunub.

Proyekt saytı bundan başqa Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən tutmuş alay komandirlərinədək 160 rəhbər hərbçinin adlarını müəyyən edə bilib.

Proyektin hesabatına görə Ukrayna müharibəsində iştirak edən hər üç yüksək rütbəli komandirdən birinin kommunal xidmətlər və alimentlər üzrə borcları var.

Hesabata görə bunlardan müharibəyə qədər yalnız 23 faizinin döyüş təcrübəsi olub.

Hər 8 zabitdən birinin bioqrafiyası bu və ya digər dərəcədə Ukrayna ilə bağlıdır. Onlar ya Ukraynada doğulublar, ya da orada təhsil alıblıar.

Bu da qeyd olunur ki, kimliyi müəyyənləşdirimiş həmin 160 komandirdən 20-si mayın ortalarına olan məlumata görə artıq həlak olub.

24 saat” “
Araşdırma: Rusiyanın bütün döyüş qabiliyyətli ordusu Ukraynadadır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Moskva Ukraynanın şərqində əməliyyatları gücləndirir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button