Araşdırmaçı jurnalist Hafiz Babalı həbsxanada 53 yaşını qeyd edir
Sentyabrın 9-da araşdırmaçı jurnalist, Turan Agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı həbsdə 53 yaşını qeyd edir.
O, 2023-cü ilin dekabrında Abzas Media-nın işi üzrə, xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunub.
Avqust ayında ona qarşı əvvəlki ittihamlar kimi əsassız olan yeni iqtisadi cinayət ittihamları irəli sürülüb. Jurnalist bütün ittihamları rədd edir və korrupsiya faktlarını araşdırdığına görə təqib edildiyini bildirir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq hüquq müdafiə və jurnalist təşkilatları Abzas Media-ya qarşı cinayət işinin digər fiqurantları ilə birlikdə Babalını da azad etməyə çağırıb.
Turan Agentliyinin kollektivi həmkarlarını təbrik edir və ona qarşı uydurma ittihamların tezliklə ləğv edilməsini və həbsdə azad olunmasını arzu edir.