Loading...
Loading...
ManşetXəbərlər

Araz Əlizadə İlham Əliyevə söz atdı

“Axı bir adama neçə heykəl qoyulmalıdır?”

24saat.org saytı xəbər verir ki, deputat Araz Əlizadə sfera.az saytına verdiyi açıqlama ilə ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasətə qarşı olduğunu açıq şəkildə ortaya qoyub.

Belə ki, o, Məmməd Əmin Rəsulzadəyə Bakıda heykəl qoyulması ilə bağlı sualı cavablandırarkən bildirib ki, kim Məhəmməd Əmin Rəsulzadənin abidəsini görmək istəyirsə, getsin onun doğulduğu Novxanıya. “Novxanı da Bakının ərazisidir. Məni bağışlayın, axı bir adama neçə heykəl qoyulmalıdır? Vaxtilə Vladimir Leninə də nə qədər abidə, heykəl qoyulmuşdu, amma sonra hamısı götürüldü”.

Soaial demokrat Partiyasının sədri Araz Əlizadə ümumiyyətlə, heykəl qoyulmasının bütpərəstlikdən gələn məsələ olduğunu da söyləyib.

Məlumat üçün bildirək ki, Azərbaycanda İlham Əliyevin prezidentliyi dönəmində eks-prezident Heydər Əliyevə yüzə yaxın heykəl ucaldılıb.

Görünən budur ki, Araz Əlizadə prezident seçkilərində ona ayrılan sondan üçüncü yerin (1.38%) rəzalətini həzm edə bilmədiyindən, fürsətdən istifadə edərək intiqam almağa çalışıb.

24saat.org

 

Gözdən qaçırmayın:  Bayden Putinə meydan oxudu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button