2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Araz Əlizadə: “Onlara qarşı məhkəmə iddiası qaldırmaq fikrim yoxdur, çünkü…”

Araz Əlizadə: “Əbləh adamın cavabı susmaqdır”

Millət vəkili Araz Əlizadənin Osmanlı imperiyası və Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Yalnız ölkə mediasında deyil, sosial şəbəkələrdə də A.Əlizadənin məlum fikirləri bəzi vətəndaşlar tərəfindən sərt tənqidlə qarşılanıb. Millət vəkilinin bu mülahizələrinə etik qaydalara sığmayan təhqiramiz ifadələrlə cavab verənlər də kifayət qədərdir.
Maraqlıdır, millət vəkili onun fikirlərinə təhqirlə cavab verən bu insanlarla bağlı hüquqi müstəvidə hər hansı addım atacaqmı? Onun bu şəxslərə qarşı məhkəmə iddiası qaldırmaq fikri varmı?
24saat.org-a açıqlama verən millət vəkili A.Əlizadə həmin şəxslərlə bağlı hüquqi çərçivədə hansısa addım atmaq niyyətində olmadığını vurğulayıb:
“Siz düşünürsünüz ki, bu fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bütün günü sosial şəbəkələrdə söyüş yazan adamlar cəmiyyətdir?
Mən bu insanlara hər hansı cavab verməyəcəm. Onlara qarşı məhkəmə iddiası qladırmaq fikrim də yoxdur. Çünki Azərbaycanda gözəl bir məsəl var: əbləh adamın cavabı susmaqdır”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button