Now Reading:
Araz Ağalarov, Fərhad Əhmədov, Vahid Ələkbərov ABŞ-ın sanksiyalar siyahısında

ABŞ Maliyyə Nazirliyi 2017-ci ilin avqust ayında Donald Trump tərəfindən imzalanan sanksiyalar haqqında qanun çərçivəsində Vladimir Putinlə əlaqəsi olan siyasətçilər və oligarxların siyahısını açıqlayıb. Onların arasında etnik azərbaycanlı milyarderlər – Araz Ağalarov, Fərhad Əhmədov, Vahid Ələkbərov da var.

Sənəddə 210 şəxsin adı var. Onlardan 114-ü yüksək rütbəli rəsmi və dövlət şirkətlərinin rəhbəridir, daha 96 şəxs oliqarxdır.

“Kreml hesabatı”nda Alişer Usmanov, Roman Abramoviç, Oleq Deripaska, Süleyman Kərimov və Yuri Milnerin adları da qeyd olunur.

İndiyədək onların adı sanksiyalar siyahısında yox idi. 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişədə Rusiyanın roluna görə Aİ və ABŞ Rusiyaya qarşı sanksiyalar elan ediblər.
azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.