2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Araz” zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb

Bu gün “Araz” zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) məlumatında deyilir.

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən 8 ev və həyətyanı sahəyə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (8 ədəd PQ-9 raketi, 1 ədəd OF-56 122 mm-lik top mərmisi, 1 ədəd Q-530 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb. Sursatların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button