2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Araz Zeynalova oğlundan vida sözləri: “Bir nömrəli qanun – “Kişi kimi yaşayıb, kişi kimi ölmək” – FOTO

ABŞ-da yaşayan keçmiş HOST qrupunun üzvü AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı dünyasını dəyişən atası, tanınmış jurnalist Araz Zeynalov haqqında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb:

“Prospektin yazılmamış bir nömrəli qanunu – “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi keçimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən (avqustun 3-də-red.) atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…

Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, ata”.

Qeyd edək ki, A. Zeynalov avqustun 3-də 61 yaşında uzunsürən xəstəlikdən vəfat edib.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button