Manşet

ARB-nin keçmiş rəhbərinin oğlunun məhkəməsi davam edir

AzTV-nin sədri Rövşən Məmmədovun sifarişi ilə həbs olunduğu iddia olunan CBS Sport-un sabiq operatoru Yusif Şəfiyevin məhkəməsi davam edir. 24saat.org xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir.

Yusif Şəfiyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılır. Lakin Yusifin atası Qarabağ qazisi Nadir Şəfiyevin 24saat.org-a bildirdiyinə görə, bu instansiyada ədalətə nail olma ümüdləri də kəskin sürətdə azalıb. Buna səbəb isə prosesin qapalı keçirilməsi haqqında qərarın qəbul olunmasıdır.

Nadir Şəfiyev deyib ki, məhkəmənin ilk iclasında zərərçəkən iştirak etrməyib. İştirak edənlərdən heç kim iclasın qapalı keçirilməsi haqqında iddia qaldırmayıb. Üstəlik Apellyasiya şikayətində xahiş olunub ki, proses məhkəmə iclası aparılmaqla keçirilsin. Lakin gözlənilmədən məhkəmə prosesin istintaq araşdırılması aparılmadan və qapalı keçirilməsi haqqında qərar qəbul etdi. Yusif Şəfiyevin ailəsi iddia edir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə 8 aydan çox davam edən proses qapalı keçirilib və həmin prosesdə zərərçəkən qismində iştirak edən AzTV-nin “Xəbərlər“ində müxbir olaraq çalışan Vəfa Ağabalayeva dəfələrlə bildirib ki, bu işin arxasında güya AzTV-nin sədri Rövşən Məmmədov dayanır və ona görə də iş Prezident Administrasiyasının nəzarətindədir. Bütün bu bəyanatlar və təzyiqlər nəticəsində prosesdə küllü miqdarda pozuntularla keçirilib və nəticədə zərərçəkənin iddiaları sübuta yetirilməsə də müttəhim Yusif Şəfiyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

Yusifin ailəsi məsələyə Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmasına ümid bəsləyirdilər. Lakin atasının dediyinə görə, hazırda proseslər əvvəlki instansiyada getdiyi prosesə bənzəməyə başlayır. “Düşünürəm ki, proses ədalətli gedəcəyi təqdirdə ictimaiyyətdən gizlədiləsi bir şey olmayacaq. Qapalı proses isə yenə pozuntuların baş verəcəyi və haqsızlığın törədilməsinə şərait yaradacaq”, – deyə Nadir Şəfiyev vurğayıb. Elə bu səbəbdən Şəfiyevlər ailəsi Prezident İlham Əliyevə və müvafiq qurumlara, eyni zamanda ictimaiyyət nümayəndələrinə müraciət edərək, prosesin açıq və istintaq aparılmaqla keçirilməsinin təminatını istəyirlər.

Xatırladaq ki,Y. Şəfiyev AzTV-nin xanım əməkdaşı Aynurla (ad şərtidir) qeyri rəsmi ər-arvad münasibətində yaşayıb. Onlar ayrılandan sonra isə kişi qadına məxsus olan «Mitsubishi Eclipse» markalı avtomobili şantaj edərək ondan istəyib. O, qadının barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə və mətbuatda yayacağı ilə hədələyib. Təqsirləndirilən şəxs bu taktika ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 6726 manat pul alıb.

Aynurun şikayəti əsasında Yusif Şəfiyev həbs edilib.

 

24saat.org

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button