2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Arda Erel: “”Müharibəyə yox” dediyim üçün romanım Azərbaycanda satılmır”

Yayımlandı: 25 İyul 2022 18:05

“Arda Erelin son statusu yeni kitabını daha çox satmaq manevridir”

“Yeni romanım “Anamın bilmədiyi hər şey” Azərbaycanda satılmır. Çünki “müharibəyə yox”, – demişdim. Bütün kitablarımı qadağan etdilər. Müharibəyə qarşı olmağın cəzası kitabları qadağan etmək, müharibə istəməyənləri zəiflətməkdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu türkiyəli bloqçu, yazıçı Arda Erel “Twitter”də yazıb.

İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə türk yazıçı Elif Şafakın sosial şəbəkədə paylaşdığı video və yazdığı status Azərbaycanda əks reaksiyaya səbəb olmuşdu.

Yazıçı İkinci Qarabağ Müharibəsi zamanı artilleriya mərmisi düşməsi nəticəsində ciddi zayan görən Qazançı kilsəsində erməni musiqiçinin ifasını paylaşaraq, “Sülhə inanan və sülhü müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım… Dağıntılar arasında sənət”, – qeydini yazmışdı.

Eyni videonu yazıçı Arda Erel də “Twitter” hesabında paylaşaraq Azərbaycanla Ermənistanı sülhə çağırmışdı.

Hər iki yazıçının paylaşdığı status Azərbaycanda müəyyən mənada narazılığa səbəb olmuşdu.

Bunun ardınca paytaxtdakı kitab satışı mağazaları hər iki yazıçının kitablarının satışını dayandırmışdı.

Meydan TV-nin araşdırması zamanı məlum olub ki, hazırda həmin yazıçıların kitabları hələ də satılmır.

Arda Erelin kitabını satışdan yığışdıran mağazalardan biri də “Əli və Nino” kitab satışı şəbəkəsidir.

Mağazanın rəhbəri Nigar Köçərli Meydan TV-yə hansısa yazıçının siyasi baxışlarına görə kitabının yasaqlanmasını, satışdan yığışdırılmasını doğru hesab etmədiyini deyir:

“Bizdə hansısa yazıçıya görə senzura yoxdur. Sadəcə, müharibə vaxtı yazıçının ermənilərə dəstək paylaşımı müştərilərin çox böyük narazılığına səbəb oldu. Biz bu addımı daha çox satıcıların təhlükəsizliyini qorumaq üçün atdıq. Çünki böyük narazılıq vardı. Narazılıq da olanda rəhbərliyə bildirmirlər, gəlib elə satıcılara deyirlər. Yəni satıcılara zərbə gəlirdi, bizə yox”.

“Hesab etmirəm ki, yazıçının baxışlarına görə hansısa kitabını satışdan yığışdırmaq lazımdır. Söz azadlığı, yaradıcılıq azadlığı var. Kitabları satışdan yığışdıranda, biz bununla bağlı açıqlama verməmişik ki, etiraz olaraq kitabı qadağan edirik. Bunu işçilərin təhlükəsizliyi üçün etmişdik”, – deyə o bildirib.

Yazıçı Qan Turalı məsələyə münasibət bildirərkən Arda Erelin son statusunu yeni kitabını daha çox satmaq manevri kimi dəyərləndirib.

“Azərbaycanda hüquqi baxımdan heç bir kitaba senzura tətbiq oluna bilməz. Amma ayrı-ayrı kitab satıcıları bunu satmaqdan qorxurlarsa, bu, ictimai təzyiq, ictimai qınaqla bağlıdır. Arda Erel tanınmayan bir yazıçıdır. Bir məsələ də var ki, bu kimi variantlardan öz kitablarının satışı üçün istifadə edirlər”, – yazıçı deyib.



Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button