Real Madrid səfərdə qələbə qazandı
İspaniya La Liqasının 9-cu turunda Real Madrid səfərdə Getafenin qonağı oldu. "Estadio Coliseum"da baş tutan mübarizədə qonaq komanda Real Madrid 1-0 hesabı ilə qalib gəldi.
Qolun asistini Arda Güler etdi
Real Madridə qələbə gətirən yeganə qolu 80-ci dəqiqədə Kilian Mbappe vurdu. Mbappenin vurduğu qolun asistini isə oyuna 65-ci dəqiqədə daxil olan Türkiyənin milli ulduzu Arda Güler etdi.
Getafedə 77-ci dəqiqədə Nyom və 84-cü dəqiqədə Alehandro Sankris Vinisius Juniora qarşı etdikləri kobudluqlara görə qırmızı vərəqə alaraq meydandan qovuldular.
Bu nəticə ilə lider Real Madrid liqada xalını 24-ə yüksəltdi. Getafe isə 11 xalla 12-ci pillədə qərarlaşdı.
Növbəti həftə El Klasiko
Liqada növbəti həftə Real Madrid öz meydanında Barselonanı qəbul edəcək. Getafe isə "Bilbao"nun qonağı olacaq.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz