2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Argentinada dinozavr yumurtaları tapılıb

Argentinanın cənubunda yerləşən Neuken əyalətində dinozavrlara aid yumurtalar aşkar edilib.
Bu barədə “Telam” agentliyi məlumat yayıb.
Yumurtaların 70 milyon il əvvələ aid olduğu bildirilir. Onların içində dinozavrların embrionlarının qalıqları qalıb.
Neuken Mədəni İrsinin Mühafizəsi Departamentinin rəhbəri Klaudiya Delya Neqra bildirib ki, alimlər üçün bu tapıntı böyük əhəmiyyət kəsb edir.
“Onlar embrionları hərtərəfli tədqiq edirlər və artıq embrional dəri və dişin təhlilini etmək mümkün olub”, – deyə o əlavə edib.
Delya Neqranın sözlərinə görə, onların tapıldığı ərazinin bataqlıq olması, sonradan isə oranın vulkan çöküntüləri altında qalması sayəsində yumurtalar dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çıxıb.
Report

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button