2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Argentinada tribunadan atılan futbol azarkeşi ölüb

Argentinada azarkeşi olduğu komandanın oyununu izləyən bir nəfər qarşı komandadan olduğu sanılan hirsli bir qrup tərəfindən tribunadan aşağı itələnərək həyatını itirib.

Şənbə günü ölkənin şimalındakı Kordoba şəhərində tərəfdarı olduğu “Belgrano” və “Talleres” komandaları arasındakı yarışı izləyən 22 yaşlı Emanuel Balbo tribunadakı bir qrup tərəfindən hücuma məruz qalıb. Təxminən 5 metr yüksəklikdən betonun üstünə düşən gənc başına aldığı zərbələrdən xəstəxanaya qaldırılıb. Ancaq həkimlər onun beyin ölümünün reallaşdığını söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Argentina Futbol Assosiasiyası “bu ağlasığmaz hücumdan məsul olanların ədalətə təslim edilməsi” çağırışı edib. Dörd nəfərin hücumdan sonra həbs olunduğu bildirilib. Müşahidəçi qruplar Argentinada 2013-cü ildən bəri futbolla bağlı davalarda ən az 40 adamın öldüyünü söyləyir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button