Arif Əsgərov və oğlanlarının Avropadakı biznesi - ARAŞADIRMA - 24 saat xəbərlər
Now Reading:
Arif Əsgərov və oğlanlarının Avropadakı biznesi – ARAŞADIRMA

Arif Əsgərov və oğlanlarının Avropadakı biznesi – ARAŞADIRMA

Elnar Əsgərovun atası arif əsgərov

 “Azərbaycan Dəmir Yolları” SSC-nin sabiq sədri Arif Əsgərov, oğlanları Elnar və Ürfan Əsgərovların xaricdəki biznesi ilə bağlı məlumatlar yayılıb.

24saat.org araşdırmaçı jurnalist Cavanşir Həsnliyə istinadən xəbər verir ki, sabiq nazir müavininin Bratislavada geniş biznesi var:

“Slovakiyanın qərbindəki Bratislava şəhəri Azərbaycanın baş dəmiryolçuları üçün xüsusilə cəlbedicidir. Azərbaycanın dəmiryollarında itmiş nə axtarsanız Bratislavada tapa bilərsiniz. 
 
Məsələn, burda Azərbaycan Dəmir Yollarının keçmiş rəhbəri, sabiq nazir müavini Arif Əsgərovun çırpışdırdıqlarının izlərinə rast gəlmək, oğlanları Elnar və Ürfan Əsgərovların sorağını eşitmək mümkündür.
 
Arif Əsgərovun “gül balaları” bu ölkəyə hələ 2007-ci ildən ayaq açıblar. Bratislava ərazi ədliyyəsinin reyestr məlumatlarına görə, 2007 -ci iyulun 13-də ELUREL TRANS S.R.O. şirkətini qeydiyyatdan keçirirlər. Həmin vaxtlar Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi idi. 
Təsisçilər Bakı şəhəri Cəfər Xəndan küçəsi 10 ünvanında qeydiyyatda olan Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovdur. 
Şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib. 
Qeydiyyat nömrəsi: 36804576.
Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady.
Nizamnaməyə görə şirkət logistika, topdan və pərakəndə ticarətlə məşğul olur. 
 
Elçin Qasımov Azərbaycanın Bratislavadakı fəxri konsulu, əslində yüksək çinli məmurlara şirkətlər açmaqda, onları idarə etməkdə yardım edən Cəlal Qasımovun oğludur. Cəlal Qasımov özü 1974-80-ci illərdə Bratislavada Texniki İniversitetdə oxuyub, slovak dilini mükəmməl bilir. Onun tövsiyyələri və dəstəyi əsasında məmurlar Azərbaycandan bu ölkəyə xeyli vəsait çıxarıblar. ELUREL TRANS S.R.O. şirkətini uzun müddət Cəlal Qasımov özü və xanımı Marina Qasımova idarə edib. 
Arif Əsgərovun oğlunun digər şərikinin isə uzun illərdən bəri Azərbaycan Dövlət Dəmiryolunda müavin işləyən Əlirza Süleymanovun oğlu olduğu güman olunur. 
Arif Əsgərov 2009-cu il mayın 16-da digər oğlu , 1985-ci il təvəllüdlü, Bakı şəhəri Cəfər Xəndan 10 ünvanında qeydiyyatda olan Elnar Əsgərovu şirkətə ortaq gətirir. 2017-ci ili əvvəlində Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra, nazir müavini postunu itifən Arif Əsgərovun oğulları ELUREL TRANS S.R.O. şirkətini həmin ilin noyabrın 16-da tərk edirlər. Əvvəlcə Cəlal və Marina Qasımovların adına keçirilən şirkətin 2018-ci ilin aprelin 4-dən faktiki olaraq yeni sahibi ortaya çıxır. O, Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində təmsil olunur.
Bu həmin Elnar Əsgərovdur ki, 2008-ci ilin əvvəllərində təhsil aldığı İngiltərənin York universitetində saxtakarlağına görə ifşa olunmuşdu. Bütün İngiltərə mətbuatı bu biabırçılığı müzakirə etmişdi.
O zaman Arif Əsgərovun oğlu özündən 11 yaş böyük olan Joram Drean adlı bank işçisini 20 min funt sterlinq müqabilində öz əvəzinə imtahana keçirmişdi, amma bu saxtakarlıq baş tutmamışdı.
 
Maraqlı olan daha bir fakt ondan ibarətdir ki, keçmiş baş dəmiryolçunun İngiltərəyə “oxumaq dalınca gedən” oğlu hələ 20 yaşında bu ölkədə şirkət sahibi olub. Belə ki, Elnar Əsgərovun adına 2005-ci ilin 13 aprelində Londonda TYROLESE (579) LIMITED şirkəti (şəhadətnamə nömrəsi: 05423339) qeydiyyatdan keçirilib.
Daha sonra ASTARA TRANSIT TERMINAL LIMITED adlanan şirkəti faktiki olaraq Türkiyə vətəndaşı Cavad Kamil və İngiltərə vətəndaşı David John Lofton idarə ediblər.
Arif Əsgərov 1 fevral 2011-ci il tarixinə qədər bu şirkət vasitəsilə Azərbaycan üzərindən yükdaşımalardan böyük pullar əldə edib. 
Şirkətin ünvanı 12 Fetter Ln, London, Birləşmiş Krallıq göstərilir. 
 
Arif Əsgərovun daha bir oğlu Azər Əsgərov da atası nazir müavini olanda Londonda şirkət açıb. Kembric Universitetində beynəlxaq əlaqələr üzrə magistr təhsili alan Azər Əsgərov AZTECSA LIMITED şirkətini qeydiyyatdan keçirib (şəhadətnamə nömrəsi: 10147924).
Bu şirkət də Arif Əsgərovun vəzifəsinə xitam verildikdən az sonra, 2017-ci il sentyabrın 26-da ləğv edilir. 
 
***
 
Keçmiş nəqliyyat nazirinin müavini, sabiq baş dəmiryolçu Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı ELUREL TRANS S.R.O. şirkəti (Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady)
barədə məlumat vermişdim. Qeyd etmişdim ki, bu şirkət Arif Əsgərov vəzifədən gedənə qədər onun nəzarətində olub, lakin Nəqliyyat Nazirliyi ləğv olunandan sonra əlindən alınıb. 
Şirkət əvvəlcə Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun və xanımının adına keçirilir. 2018-ci ilin aprelin 4-dən isə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına rəsmiləşdirilir.
Şirkət faktiki olaraq bir dəmiryolçudan başqa dəmiryolçuya keçir. Fəxri konsul isə Hicran Valehovun şəriki olur. Sənədlərə görə cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir:
Javorová 5803/8, Pezinok 902 01.
Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. 
Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş C E T S, s.r.o. şirkətinin sənədlərinə görə 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə A L L İ A N C E – G R O U P şirkətidir. 
200 min çex kronu nizamnamə kapitalı olan C E T S, s.r.o. hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021).
2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb.
Nizamnaməyə görə, istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər.
Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda Alliance-group.eu, spol. s r.o şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur. Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637). 
Alliance-group.eu, spol. s r.o daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur.
2016-cı ilin noyabrın 11-dən şirkətin Aynur Süleymanlı aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib”.
 

Arif Əsgərovun Azərbaycandakı qalmaqallı biznesi

 
Az24saat.org xəbər verir ki, Arif Əsgərovun oğlanlarının Azərbaycandakı biznesi də kifayıt qədər qalmaqallarla yadda qalıb. Belə ki, Arif Əsgərovun baldızının iki oğlu dələduzluqda təqssirli bilinərək, azadlıqdan məhrum ediliblər. Ayrı cinayəıt işləri üzrə ittiham edilən Emil və Rahib Hüseynov qardaşları milyonlarla pulu ələ keçirməkdə təqsirli biliniblər. 

Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilib. O, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanıb. O, cinayət işində şahid kimi tanınıb.

Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib.

Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin ilə 9 il cəza alıb.
Həmin cinayət işində də A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanırdı. E.Hüseynov pulları Elnara verdiyini deyib. Cinayət işində şahid kimi tanınan Elnar Əsgərov isə deyilənləri rədd edib.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilərək, nəqliyyat nazirinin müavini təyin edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və o, vəzifəsini itirib.

 

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.