2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Arif Əliyev: “İctimai rəyə təsiri olmasaydı medianın saçını yolub başına torba keçirib bu vəziyyətdə saxlamağa cəhd göstərməzdilər”

24saat.org “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyevlə müsahibəni təqdim edir.

Arif bəy, Azərbaycanın müstəqil mediasının yaradılması prosesində mühüm fəaliyyəti olan şəxs kimi indi medianın durumunu necə qiymətləndirirsiniz?

Saytların yığılması Saytlarin yigilmasi

– Bu gün ölkədəki iqtisadi şərait və mənəvi atmosfer medianın inkişafını zəiflədən elementlərə çevirib. Mən bu gün medianın vəziyyətini xoşagəlməz görürəm. Həmçinin media da profsionallığın artması və bunun tətbiqi üçün mühit görmürəm. Bunun açıq sübutu süquta uğrayan qəzetlərdir. Hansı ki, Azərbaycan kimi balaca ölkələr üçün satılan qəzet tirajları ağlamalı görünür. Həmçinin efirin və televiziyanın ən aşağı keyfiyyət mərhələsi. Məsələn, mən xəbərlərə baxmaq üçün kanalları tez-tez dəyişirəm. Mən rus, türk, ingilis və yerli kanallara baxmaq imkanındayam. Təsəvvür edin ki, yerli kanallara baxanda gözünü yumsan da dərhal biləsdən ki, Azərbaycan kanalına baxırsan. Çünki düşük bir musiqi, meyxana, cırdıq çalmaq digər kanalların fonunda dərhal seçilir. Əlbəttə, müəyyən işartı və ümid mərhələsi internet və onlayın mediadır. Təəssüf ki, onlayın medianı da iqtisadi səbəblər zəiflədir.

Azadlıqların olmaması bu prosesə hansı təsirlər göstərir?

– Azadlıqların olmaması ümumiyyətlə medianın məsuliyyətinin və müstəqilliyinin olmaması deməkdir. Məsələn, Difomasiya ilə məsələ mediaya yanaşma tərzini çılpaq şəkildə ortaya qoyur. Hakimiyyət orqanlarının nümayəndələri deyirlər ki, media əvvəl məsuliyyətli olmalıdır ki, biz onlara difomasiya haqda yeni qanun təklif edək. Yəni biz onlara sərbəstlik və müstəqillik verək. Amma başa düşmək lazımdır ki, müstəqillik və azadlıq olmayan yerdə heç bir məsuliyyət, inkişaf olmayacaq. Müstəqilliyin və azadlığın daralması medianın cəmiyyətdə ki, roluna və ictimaiyyət tərəfindən ona verilən qiymətə təsir edir. Və eyni zamanda profsionalizmə ciddi təsir edən faktordur. Profsionalizm qeyri müstəqil mühitdə lazım deyil. Profsionallıq olmayan mühitdə sifarişi yerinə yetirmək lazımdır və düzgün yerinə yetirmək lazımdır. Pul və vəzifə buna görə verilir. Hörmət də buna görə “qoyulur”. Sonda da bu cür “keyfiyyətlər” profsionalizmi əvəz etməyə başlayır və biz də başlayırıq təpəmizə döyməyə ki, profsionalizm necə oldu, niyə Azərbaycan jurnalistikası 10 il ərzində yuxarı qalxmaq əvəzinə aşağı düşdü.

İndi medianın ictimai təsir imkanları qalıb?

– Şübhəsiz ki, qalıb. Hətta sovetlər zamanı, totalitar rejimdə də qalırdı. Kubanın rəhbəri vəfat etdi. Bəllidir ki, Kuba ən totalitar rejimlərdən biri idi. Hətta Kubada medianın ictimai rəyə təsir imkanlara qalırdı. Əgər qalmasaydı medianın saçını bu cür yolub başına torba keçirib belə vəziyyətdə saxlamağa cəhd göstərməzdilər. Sözsüz ki, bu təsir imkanları qalır, sadəcə təsir mexanizmləri ölüdür və ictimai rəy institutu şikəstdir deyə, biz onun nəticələrini görmürük. Amma medianın özü müsbət və ya mənfi olmasından asılı olmayaraq təsir imkanlarını saxlayır. Biz bayaq televiziya kanallarından danışırdıq. Bu gün millətin zövqünün pozulması, onun ictimai-siyasi hadisələrdən kənarda dayanmasının bir səbəbi də həmin telekompaniyaların yürütdüyü “dambadurub” siyasəti, ucuz seriallar və səhərdən axşama qədər çalıb-oynamaq siyasətidir. Hətta pis nəticə də göstərir ki, media istənilən cəmiyyətdə ictimai rəyə və ictimai əxlaqa təsirini qoruyub saxlayır.

Siz bir müddət mətbuatda görünmürdünüz, sanki jurnalistikadan getmişdiniz və mövcud duruma etirazınızı bu formada ortaya qoyurdunuz…

– Bəli, demək olar ki, media sahəsindən çəkilmişdim. Jurnalistlər Birliyinin gücü media rəhbərlərində və jurnalistlərdədir. Hər hansı bir təşkilatın ideyalar irəli sürməsi, layihələr həyata keçirməsi və medianın irəli aparması absurd iş olardı. Media özü güclü olmalıdır ki, onun yaratdığı cəmiyyətdə güclü olsun. Belə bir şəraitdə mən şikəst kütləvi informasiya vasitələri və onların tamam başqa düşüncəyə malik rəhbərləri ilə əvvəlki fəaliyyəti göstərə bilməzdim. Odur ki, biz bu fəaliyyəti saxlamaq məcburiyyətində qaldıq. Əslində bu bir məcburiyyət idi.

Bəs aradan keçən müddətdə hansı fəaliyyətlə məşğul oldunuz?

– Mən vaxtımı boş keçirmədim. Uzun illər saxladığım yaradıcılıq planlarımla xeyli məşğul oldum. Bir neçə kitab buraxdım. Bura həm tərcümə kitabları, həm bədii əsər daxildir. Müşfiqlə bağlı bir filmin ssenarisi üçün materiallar topladım. Ancaq eyni zamanda ara-sıra yazılarım olurdu. Son zamanlar isə biz – İbrahim Nəbioğlu, Elçin Şıxlı, Qulu Məhərrəmli və mən yazılarımızı “Ayna”- da yerləşdiririk. Açığını desəm bəlkə də, müasir mediadan bir müddət kənarda qalmağım mənim özümün bir müdafiə formam idi.

Siz bir pyes üzərində də çalışırsınız. Söhbət “Yalama stansiyasının platformasında gözləyən 350 ruha ithaf” adlı məqalənizin davamından gedir?

– Kifayət qədər geniş sahədə fəaliyyət göstərməyə çalışıram. Amma indi mənim üçün Yalama materialı təkcə uzun müddət üzərində işlədiyim üçün deyil, həmdə cəmiyyəti dişə vurmaq, yoxlamaq baxımından əhəmiyyətlidir. O mənadakı bizim cəmiyyətin nəyi qalıb, əgər bu bayraqların da arxasınca gedə bilmirsə, belə səhifələrini də küldən təmizləyə bilmirsə, deməli onun potensial gücü zəifdir. Bunun özüm üçün ayırd etmək istəyirəm. Odur ki, bu işin sonuna qədər getmək istəyirəm. Mən əvvəldən qeyd etmişdim ki, hökumət qarşısında tələb qoymağa nə var. Cəmiyyət odur ki, özü nəyisə edə bilsin, bundan sonra tələblər qoysun. Ona görə də, prosesi davam etdirmək fikrindəyəm və bu mövzuda pyesin hazırlanması üzərində işləyirik. Çalışacağıq ki, 2017-ci ilin aprelinə ortaya gözəl pyes qoyaq. İctimai məqalənin yaratdığı rezonansı bir qədər gücləndirək.

Sizcə Azərbaycan teatrları bunu səhnələşdirə bilər?

– Mən bilmirəm Azərbaycan teatrları olacaq və ya bəlkə də hansısa şəxs bu şəraiti yaradacaq. Ancaq mənim üçün mühümü odur ki, əgər biz bir şeyi edə bilmiriksə, müqəddəsliyinə heç bir siyasi tərəflərin şübhə etmədiyi işdə ortaq nəticəyə gələ bilmiriksə, cəmiyyət olaraq gücsüzlüyümüzü boynumuza alaq. Bu halda biz də işimizi bilək, görək hansı ağacı sulayırıq. Mən yaşımın altmışda yaxın bir dövründə, dəfələrlə yürüyüb-yıxılandan və ağzım yanandan sonra sadəcə bunu görmək istəyirəm.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button