2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Milyonlarla dələduzluq cinayətində Arif  Əsgərov düyünü

Arif  Əsgərov və oğlunun adının hallandığı cinayət işində təqsirləndirilən “yoxa çıxdı”

Sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu, külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynov bir həftədir yoxa çıxıb.

az24saat.org  xəbər verir ki, bu barədə R.Hüseynovun valideynləri mətbuata məlumat veriblər.

Rahib Hüseynovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilir. O, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur.

Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır və şahid kimi tanınıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Rahib Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin həbs-qətimkanla əvəzlənərək, məhkəmə zalında həbs edilməsini istəyib.

Məhkəməyə təqdim edilən “qara kitab”

Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib.

Rahib Hüseynov necə “qeyb oldu”?

18 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Prosesdə Rahib Hüseynovun vəkili də müdafiə çıxışı edib. Məhkəmə Rahib Hüseynova son söz deməyi təklif edib. Hüseynov məhkəmədən ona vaxt verilməsini istəyib.

Növbəti məhkəmə prosesinə isə R.Hüseynov gəlməyib. Buna görə də məhkəmə onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Rahibin digər qardaşı da eyni ittihamla 9 il cəza alıb

Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin ilə 9 il cəza alıb. Həmin cinayət işində də A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanırdı. E.Hüseynov pulları Elnara verdiyini deyib. Cinayət işində şahid kimi tanınan Elnar Əsgərov isə deyilənləri rədd edib.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilərək, nəqliyyat nazirinin müavini təyin edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və o, vəzifəsini itirib.

Valideynlər oğullarının yoxa çıxmasında Arif Əsgərov və ailəsindən şübhələnir

Onun “yoxa çıxması” barədə atası İsmayıl Hüseynov və anası Lətifə Hüseynova  məlumat verib. Onlar Arif Əsgərovun və onun oğlanlarına məxsus villaların yerləşdiyi əraziyə gedərək jurnalistlərə açıqlamalarında Rahibin yoxa çıxmasında A.Əsgərovun ailəsini günahlandırıblar. Emil və Rahib Hüseynovların valideyinləri Lətifə və İsmayıl Hüseynovlar sabiq məmurun milyonluq villalarının önünə gəlməkdə məqsədlərinin Arif Əsgərovla görüşüb danışmaq olduğunu qeyd ediblər.Çünki valideyinlər  baş verən hadisədə  birbaşa Arif və Elnar əsgərovların əlinin olduğundan şübhələnirlər.

“Bu insanlar müsahibələrində bizim ailəmizə şər atırlar”

Elnar Əsgərov
Elnar Əsgərov

 

Arif Əsgərovun oğlu Elnar Əsgərov Rahib Hüseynovun itməsinə görə anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov onu günahlandırmasına münasibət bildirib:

“ Rahib Hüseynov noyabrın 22-də keçirilən sonuncu məhkəmə prosesində iştirak etməliydi. Çox güman ki, o, həmin məhkəmə zamanı həbs olunacağını bilib və prosesə gəlməkdən yayınıb. Bundan sonra isə qaçıb gizlənib. Rahib Hüseynovun harada olmasını anası da bilir, atası da. Həmçinin, bizə yenidən ləkə yaxmaq üçün bu addımı atıblar. Bu insanlar müsahibələrində bizim ailəmizə şər atırlar. Mən istintaqla əməkdaşlıq edərək, bildiyim hər şey barədə məlumat vermişəm. Ondan istintaqa mənim barəmdə verdiyi izahatın sübutunu tələb etmişəm. Heç bir halda isə Rahib Hüseynov yazdığı izahatın sübutunu verə bilməyib”.

“Hətta onlar mənim anamı belə, ittiham edirlər”

Elnar Əsgərov açıqlamasında onu da deyib ki, bu insanlar təkcə bizə deyil, başqalarına da ləkə yaxıb, şər atıblar.

Onlar elə bilirlər ki, şər-böhtan atmaqla bu iş həll olunacaq. Rahibin ata və anası bildirir ki, övladlarının heç bir günahı yoxdur. Mən sizi əmin edirəm ki, istintaq ərəfəsində 10-15 nəfərin Rahib HüseynovEmil Hüseynov qardaşları barəsindəki ifadəsini görsəniz, onların nə qədər yalan danışdığını bilərsiniz. Onların insanları aldadaraq əldə etdikləri vəsaitlərə görə bir neçə şəxs xəstəlik tapıb, tamamilə həyatları alt-üst olub. Hətta onlar mənim anamı belə, ittiham edirlər. Halbuki, mənim anam onlara analıq edib. Məndə İsmayıl Hüseynovun öz əlyazısı ilə anama yazdığı məktub var. Həmin məktubda İsmayıl Hüseynov yazıb ki, “sizə qarşı belə hərəkətlər etdiyimizə görə bizi bağışlayın”. Ancaq indi isə bu insanların hansı mövqedən çıxış etdiyini bilmək olmur. Həmin o 4 – 5 sətirdən ibarət olan məktubu göstərə də bilərəm” – E.Əsgərov modern-ə deyib.

Elnar Əsgərov bildirib ki, istintaq dövründə hər bir məqam, fakt araşdırılaraq sübuta yetirilib.

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button