ManşetXəbərlər

Arif Alışanov boşandı – ƏMLAKINI QORUMAQ İSTƏYİR

Bir həftədən artıqdır AzTV-nin sədri vəzifəsindən azad olunan Arif Alışanov həyat yoldaşından ayrılıb.

Az24saat.org xəbər verir ki, bu barədə axşam.az məlumat yayıb. Məlumatda bildirilir ki, Arif Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb.

Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.

Boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilir. Arif Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu postda qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.

az24saat.org-a daxil olan məlumatda isə bildirilir ki, Arif Alışanovun xanımından rəsmən boşanmasının başqa səbəbi var. Belə ki, vəzifədən çıxarıldıqdan sonra onun həbs olağı ilə bağlı xəbərlər yayılıb.

Belə ki, ona qarşı sui-qəsd ittihamı ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən, bir çox məqamlar ortaya çıxmışdı.

Ötən gün AZTV-də audit yoxlamalarına başlanılması, maliyyə işlərinə cavabdeh olan şəxslərin işdən çıxarılması barədə də məlumat yayılıb. Həmçinin AZTV-nin iki ölkədə bürosunun ləğv edildiyi, bir neçə ölkədəki büro təmsilçilərinin isə geri çağrıldığı rəsdiqlənib. Həmin şəxslərin Alışanova yaxın əməkdaşlar olduğu bildirilir.

Xüsusilə, ciddi maliyyə auditinin aparılması isə Alışanovun həbs olunacağı ilə bağlı xəbərləri bir daha təsdiqləyir.

Redaksiyamıza məlumat verən mənbə bildirir ki, artıq həbsin qaçılmaz olduğuna əmin olan Arif Alışanov əmlakının bir hissəsini qorumaq məsdədilə həyat yoldaşından ayrılıb. Bu halda onun dəyəri milyonlarla ölçülən və məhkəmə sənədləri ilə təsdiq edilmi əmlakının yarısı həyat yoldaşının adına keçir. Həbs edildikdən sonra əmlakının müsadirə ediləcəyi təhlükəsinə qarşı, varidatının yarısını qorumaq üçün Alışanov boşanma yolunu seçib.

Arif Alışanovun, Şamaxı, Kürdəmir, Quba, İmişli, Zərdab və müxtəlif rayonlarda dəyəri milyonlarla ölçülən torpaq sahələri və əmlaklar alması cinayət işi materialalrında təsdiq olunub.

Həmçinin təqsirləndirilən Şücaət Əkbərov bildirmişdi ki, Arif Alışanov Şamaxıya gəzdiyi qızla gəlib və onu dağdan çaya ataraq öldürüb. Bu məsələnin araşdırılmaması hətta Milli Məclisdə deputatlar səviyyəsində səsləndirilmişdi.

Həmin vaxt AzTV sədri olan Arif Alışanov bu məsələlərlə bağlı məsuliyyətdən yaxasını qurtarmağa nail olmuşdu.

Artıq onun həm milyonlarla torpaq sahəsinin alındığı vəsaitlərin hansı yolla əldə olunması, həm də qız ölümü ilə bağlı bağlı məsələnin araşdırıldığı bildirilir.

Xatırladaq ki, Arif Alışanov və onun 5 milyon manatlıq varidatı ilə bağlı ilk yazılar 24saat.org saytında dərc olunub.

Gözdən qaçırmayın:  Rusiya-Ukrayna müharibəsi... Putin B planına başlayır: "TOS-1" raketləri yoldadır

az24saat.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button