AZ24SAAT.ORG

Now Reading:
Arif Alışanov keçmiş müavininə yüksək vəzifə verdi

“Azərbaycan Televiziya və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov keçmiş müavininə yüksək vəzifə verib.

Bizim Yol xəbər verir ki, Arif Alışanovun imzaladığı əmrlə televiziyanın keçmiş müavini, əməkdar jurnalist Faiq Hüsiyev “AZTV”-nin televiziya və radio verilişləri studiyasının baş direktoru təyin edilib. Bundan əvvəl Faiq Hüsiyev AZTV-nin nəznində fəaliyyət göstərən Televiziya akademiyasının rektoru təyin edilmişdi. Hazırda bu vəzifə də ona həvalə edilib.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin televiziya məsələləri üzrə sədr müavini olmuş Faiq Hüsiyev Prezidentin imzaladığı sərəncamla vəzifəsindən azad olunmuşdu.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.