2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Arif Alışanova qarşı cinayət ittihamı: “Qızı dağdan atdılar”

“Arif Şamaxıya müxtəlif qızlarla gəlirdi. Həmin qızların birini də orada öldürmüşdülər. O qız əvvəl onun kürəkəni Fəridlə də gəlirdi. O qızın öldülməsindən xəbərim olduğu üçün də mənim başıma bu oyunları açdılar”.

24saat.org xəbər verir ki, bunu məhhəmədə AzTV sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə və dələduzluqda itiham etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov deyib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır. İş üzrə Ş.Əkbərovla yanaşı Qoçalı Cəbiyev, Zöhrab ŞirinovAqşin Hüseynov da təqsirləndirilir.

Prosesdə Şücayət Əkbərovun vəkili zərərçəkmiş Arif Alışanovun özünün məhkəmə prosesində iştirakının təmin edilməsi barədə vəsaət qaldırsa da, vəsadət təmin edilməyib. O bildirib ki, işin tam obyektiv və hərtərəfli araşdırılması üçün prosesedə Alışanovun özünü iştirakı vacibdir. Məhkəmə vəsatəti təmin etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim A.Alışanovun məhkəməyə mülki iddia verərək, dəymiş ziyanın ödənilməsi üçün Şücayət Əkbərovdan 4 ,5 milyon manat tutulmasını istəyib. Mülki iddia icraata qəbul edilib.

Ş.Əkbərovun vəkili müdafiə etdiyi şəxsin müdafiə etdiyi şəxs 2 dəfə açıq ürək əməliyyatı keçirib və şəkər xəstəsi olduğunu deyərək, barəsində tibbi ekspetiza keçirilməsi barədə vəsaət versə də, bu vəsadət də təmin edilməyib.

Arif Alışanovun vəkili deyib ki, müdafiə tərəfinin vəsadətləri prosesi uzatmaq məqsədi daşıyır. Ş.Əkbərov prosesin uzanmasında deyil, hərtərəfli araşdırılmasında maraqlı olduğunu deyib. O bildirib ki, bu işdə çox cinayətlər açılmalıdır. O həmçinin bildirib ki, işin bir tərəfi də Eldar Mahmudova gedib çıxır.

Daha sonra prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Ş.Əkbərov bildirib ki, 2007-ci ildən başlayaraq A.Alışanov Şamaxıda 120 hektar torpq sahəsi alıb və o, makler kimi pul qazanıb.

O qeyd edib ki, torpaqlara Alışanovun özü gəlib baxsa da, kürəkəni Fəridin adına rəsmiləşdirilirdi. “Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. 2011-ci ildə isə dedilər ki, Fəridin adına olan bütün torpaqları onun adından çıxarmaq lazımdır. Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Məlum oldu ki, Fəridlə qızı boşandığı üçün belə edirlər. “Torpaqları onun adından öz arvadı Mehribanın adına keçirdilər”.

Təqsirləndirilən qeyd edib ki, o təkcə A.Alışanova deyil, digər şəxslərə də “maklerlik” edib. O, torpaq alan şəxslər arasında sabiq nazir Fərhad Əliyev və sabiq icra başçısı Alı Qocayevin də adlarını çəkib. “Çox adamın var, hamısını əzbər bilirəm”.

S. Əkbərov Arif Alışanova qarşı sui-qəsd ittihamlarını da qəbul etməyib. “Mən niyə onu öldürümək istəyim ki? Adımda torpağı da yoxdur. Torpaqların çoxu sürücüsü Hacının adınadır. Mənim bildiyim qədər Arifin 70 milyonluq əmlakı var. Tutulan nazirlər kimi bir gün onun da əmlakları üzə çıxacaq. Onda siz də hər şeyi biləcəksiz. Onu öldürmək istəyənlər elə adına əmlak aldığı şəxslərdir”.

Proses martın 14-də davam edəcək.

İttihama əsasən, Ş.Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər.

Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu baş tutmadıqda Alışanovu gülləmək planları olub.

Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar.

Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub.

Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib.

Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib.

Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

Xatırladaq ki, bu məsələ ilə bağlı ilk dəfə 24saat.org saytı faktlara söykənən material dərc edib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button