2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Arif Alışanova sui-qəsd cəhdinə görə 51 il həbs cəzası

Təqsirləndirilən şəxslərdən biri azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatlb. 24 saat. org xəbər verir ki, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hökm ocunub. Hökmə əsasən, Şücayət Əkbərov 18 il, Qoçalı Cəbiyev 17, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib və onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.
Aqşin Hüseynovun cəza müddəti başa çatdığı üçün o azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror Şücayət Əkbərovun 18 il, Qocalə Cəbiyevin 16 il, Zöhrab Şirinovun 17 il, Aqşin Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edtmişdi.
Hökmdən əvvəl isə təqsirləndirilən Şücayət Əkbərov son sözlə çıxış edib. O bildirib ki, bu qurama işdir: “Arif Alışanov öz törətdiyi qətli ört-basdır etmək üçün məni həbsə atıb. Onu 2007-dən tanıyıram. O, Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq üçün mənə müraciət edib, illərlə birlikdə işləmişik. Sonradan heç bir səbəb olmadan dedi ki, guya 4-5 milyon pulunu yemişəm, sui-qəsd etmək istəmişəm. Bu qədər pulu kim kimə verər? 2007-dən kürəkəni Fərid və sürücüsü vasitəsilə torpaq alıb. Çoxuna özü də baxıb. Beş milyonluq ittiham veriblər, amma indi adına yeddi milyonluq torpaq var. Ola bilər prokurora, məhkəməyə də təzyiq var, amma bu ölkənin prezidenti var. Niyə Arif Alışanovdan soruşan yoxdur ki, niyə 45 dəfə pul verib? Əgər mən dələduz idimsə, verdiyi pulları yeytirdimsə, 4-5 dəfədən sonra pul verməliydi?”

Təqsirləndirilən sui-qəsd cəhdi ilə bağlı ittihamları da rədd edib. “Mən Alışanovu niyə öldürməyə cğhd etməliyəm. Əgər belə bir şey olmuşdusa, gələrdi istintaqda, məhkəmədə danışaydı. Dəfələrlə vəsatət verdik, bir dəfə məhkəməyə gəlib ifadə vermədi bu barədə. Öz sürücüm Aqşini üzümə durquzurlar ki, guya silah olub. Aqşin pis uşaq deyil, mənim üzümə durası adam deyil, sadəcə onu yoldaşı ilə şantaj ediblər. O mənim ən yaxın adamın olub.
Müsabil də qızımın sürücüsü olub, sonradan üzümə durdu. Amma göydən Allah baxır. Əgər bu adamlara (təqsirləndirilənləri işarə edir) sui-qəsdlə bağlı tapşırıq vermişəmsə, desinlər. O fermaları mən işlərmişəm. Mən 30 məmurla iş görmüşəm, birindən şikayət olmadı, təkcə Alışanova dələduzluq etdim? Mən ömür boyu vəzifədə işləmişəm, bizneslə məşğul olmuşam. Adamları gətirib üzümə qoymusunuz, dindirirsiniz, amma bütün hər şeyin şahidi olan arvadım Laləni dindirmədiniz. Vəkillərimin bir vəsatəti tğmin edilmədi. Mən prokurorlarla oturub durmuşam, Murad Babayev, İxtiyar Şirin, İsmət Qayıbovla dost olmuşam. İsmət Qayıbovun övladının nişanı mənim evimdə olub…

Saytların yığılması Saytlarin yigilmasi

İttihamların hamısı əsassızdır. Alışanov 100 min verib Sədaqəti bələdiyyə sədri qoyduq ki, torpaqları alaq.
Birinci həyat yoldaşımla boşanmağımın formal olması barədə deyilənlər yalandır. Həqiqətən ayrılmışıq, ikinci dəfə evlənmişəm.

Alışanovun mənimlə məsələsi varsa, uşaqları qatmasın. Deyirlər guya qızı Nigara da sui-qəsd etmək istəmişəm. Amma əslində Alışanovun yanında həmin vaxt, öz qızı yox, başqa qız olub. Sadəcə öz adına görə belə qələmə verir. Yoldaşım Lalə bu barədə ifadə verdiyinə görə, müstəntiq onun ifadəsini işdən tamam silib atdı.

Arifin torpaqları sürücüsünün adınadır. Öldürmək istəsə onlar öldürərdilər, mən niyə onu öldürmək istəyim?
Mənə istintaqda haqsızlıq olub. Bütün bunları prezidentə çatdıracam. Heç olmasa, məhkəmə ədalətli qərar versin. Bu üç nəfəri azad edin, mənim barəmdə də ədalətli qərar verin”.

İttihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq istəsələr də, bu baş tutmadıqda Alışanovu gülləmək planları olub. Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabil Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar. Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında çap yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib. Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib. İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etməyiblər. Ş.Əkbərov məhkəmə proseslərində bildirib ki, A.Alışanov Şamaxıya gələrkən yanında əvvəlki kürəkəni Fəridin gəzdiyi qız olub və onu dağdan çaya ataraq öldürüb. Təqsirləndirilən iddia edir ki, bu hadisəni bildiyi üçün A.Alışanov onu şərləyərək həbs etdirib.

Arif Alışanovun vəkilləri isə onun dediyini cəfəngiyyat adlandırıb və təqsirləndirilənin özünü müdafiə etmək üçün uydurduğu fikir adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button