2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Arif Hacılı “artistlərə” səsləndi: “Sizinki Yaqodadı, Beriyadı, Bağırovdu, Əliyevdi…”

Müsavat başqanı Arif Hacılı facebook profilindən prezident seçkilərində İlham Əliyevə dəstək çağırışı edən tanınmış incəsənət xadimlərinə səslənib. 24saat.org saytı Arif Hacılının həmin paylaşımını olduğu kimi təqdim edir:

Siyasətdən uzaq, dəfələrlə “mən siyasətə qarışmıram”– deyən, ədəbiyyat və incəsənət adamlarının dünənki yersiz, mənasız, yalanlarla zəngin olan siyasi çağırışları, həm də ciddi qanun pozuntusudur.

Kimsə onları başa salmalıydı ki, bu davranışları azad seçkilərin ana prinsiplərindən olan bərabərhüquqlu təbliğat imkanları prinsipinin, Seçki Məcəlləsinin təşviqat kampaniyası başlamazdan əvvəl təbliğatı qadağan edən müddəasının kobud şəkildə pozulmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Yəqin deyəcəklər ki, xəbərimiz yox idi.

Amma, hətta 18 yaşlı bir çox gənclərimiz səviyyəsində siyasi bilikləri olmasa da 100 il əvvəl Cümhuriyyət qurmuş bir xalqa siyasi yön verməyi özlərinə rəva bildilər. Heç olmasa susmağa dəyanətləri çatmadı.

Sakın. Bir daha qəddar rejimə və sizin kimilərə qarşı vuruşub həyatlarını itirən Hüseyn Cavidin, Müşfiqin, Almas Yıldırımın, Əhməd Cavadın… adlarını çəkməyin.

Bu adamların nüfüzuna sığınıb, nüfuz qazanmağa çalışmayın.

Sizinki Yaqodadı, Beriyadı, Bağırovdu, Əliyevdi…

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button