24saat.org Arif Hacılı :"Hakimiyyətin təslimçi siyasəti dəyişməsə..." - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Arif Hacılı :”Hakimiyyətin təslimçi siyasəti dəyişməsə…”

“Bako Saakyan Moskvada səfərdədir. Vaşinqton, Paris indi də Moskva. Qarabağda qanunsuz rejimin, silahlı quldur dəstələrinin rəhbəri Minsk qrupu həmsədrləri olan dövlətləri gəzir, rəsmi dövlət nümayəndələri ilə görüşür” – deyə Müsavat başqanı Arif Hacılı feysbukda yazıb.

Arif Hacılı bildirib ki, hakimiyyət Azərbaycanı aciz duruma salıb: “İqtidar dövlətimizi beynəlxalq hüquq normalarına zidd olan bu məsələnin nəinki qarşısını almaq, hətta buna ciddi əks- səda doğuran etirazı təmin edə bilməyəcək qədər aciz duruma salıb. Xarici siyasətdə prioritetlər səfirlərin şərab biznesi, olduqları ölkələrdə Heydər Əliyev küçələri açmaq, hədəflər isə illər əvvəl buradan getmiş, vicdanlı olduqları üçün bu hakimiyyətin diqtəsini qəbul etməyən Riçard Kozlariç, Steynar Gil və başqalarına qarşı mübarizədir”.
“İqtidar yiyələri nəhayət anlamalıdır ki, hədəf bu dövləti quran “AXC-Müsavat cütlüyü” deyil, məqsədləri bu dövləti çökdürmək, məhv etmək olan Paşinyan-Saakyan cütlüyüdür. İlham Əliyev deyirdi ki, Qarabağ məsələsində zaman bizim xeyrimizə işləyir. Qəti belə deyil. Hər gün Qarabağı daha çox itiririk. Hakimiyyətin təslimçi siyasəti dəyişməsə, Qarabağı əbədi itirməyimiz labüd olacaq”, – Müsavat başqanı bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.